12px13px15px17px
Tarix:20/07/11

“Facebook” reklamları bahalaşıb

“Facebook” sosial şəbəkəsində bir klikin dəyəri keçən illə müqayisədə 74 faiz artıb. Bu barədə “TBG Digital” marketinq agentliyinin hesabatına istinadən “The Financial Times” qəzeti məlumat verib. “TBG” tədqiqatı Böyük Britaniya, Fransa, Almaniya və ABŞ bazarlarında həyata keçirib. “Facebook”da reklam məşhurluğunun sürətli artımı haqqında məlumatları “Efficient Frontier” şirkəti təsdiq edib. Onun apardığı tədqiqat nəticələri göstərib ki, sosial şəbəkədə reklam elanında bir klikin dəyəri yalnız son 6 ay üçün 22 faiz artıb.
“Efficient Frontier” dünya marketinqi üzrə direktoru Conatan Biston bildirib ki, şirkətin proqnozlarına əsasən, “Facebook”da reklamın dəyəri 2010-cu illə müqayisədə ilin sonuna qədər 80 faiz artacaq. Hazırda “Facebook”da reklam yerləşdirmək istəyənlərin sayı saytda boş reklam yerlərinin sayını ötür. “Facebook”a elan verənlərin diqqətinin artması sosial şəbəkəni tədricən “Google” korporasiyasının ciddi rəqibinə çevirir. Qeyd edək ki, “Google” onlayn-reklam bazarında birinci yer tutur.


lenta.ru



Baxış sayı: 1214

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024