12px13px15px17px
Tarix:20/07/11

Çinlilər şəbəkədən pulsuz musiqi yükləyəcək

Çin axtarış sistemi “Baidu” istifadəçilərinə musiqi kataloqlarına giriş verilməsi üçün “Sony BMG”, “Warner Music Group” və “Universal Music Group” musiqi şirkətləri ilə razılaşma bağlayıb. “The New-York Times” bildirib ki, müqavilənin şərtlərinə görə, “Baidu” istifadəçiləri pulsuz olaraq “Sony”, “Warner” və ya “Universal” şirkətlərinin kataloqlarından musiqiləri onlayn dinləyə, həmçinin onları kompyuterə yükləyə biləcəklər. Hər qulaq asılan və ya yüklənilən musiqiyə görə “Baidu” musiqi şirkətlərinə müəyyən məbləğ ödəyəcək. Məbləğin dəyəri bildirilmir. “Baidu” və musiqi şirkətləri arasında müqavilə 2 il müddətinə bağlanılıb.
İstifadəçilər “Sony”, “Warner” və ya “Universal” musiqi şirkətlərinin leqal musiqilərini “Baidu MP3 Search” xidməti və ya “Ting” musiqi sosial şəbəkəsi vasitəsilə axtara bilərlər. Şirkətlər ümumilikdə “Baidu”ya 500 milyon musiqi kompozisiyası təqdim edirlər. Onların arasında həm Çin ifaçıları, həm də digər ölkələrin ifaçıları, məsələn, Beyons, Ledi Qaqa və Frenk Sinatra kimi ifaçılar olacaq.
Beynəlxalq Səsyazma Sənayesi Federasiyasının (İFPİ) məlumatına görə, internetin Çin seqmentində musiqi piratlığının səviyyəsi 100 faizə yaxınlaşır. “Baidu” Çində ən məşhur axtarış xidmətidir; bazarda onun payı 75 faizi ötür.


lenta.ru



Baxış sayı: 1071

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024