12px13px15px17px
Tarix:02/10/12

Gənc bioloqlar və həkimlərin Almaniyaya “Biotexnologiya ilə ilk təmas” adlı tanışlıq səfəri başlayıb

Bir qrup azərbaycanlı gəncin Almaniyanın Mannheim şəhərinə Almaniya Akademik Mübadilə Xidmətinin təşkil etdiyi (DAAD) gənc bioloqlar və həkimlər üçün "Biotexnologiya ilə ilk təmas" adlı tanışlıq səfəri başlayıb.

Gənclər Fondunun dəstəyi ilə oktyabrın 6-dək davam edəcək səfərin məqsədi azərbaycanlı gənclər arasında biotexnologiya elminin təbliği və onların dünyanın inkişaf etmiş ölkələrində ixtisaslaşma imkanları qazanmalarına dəstək verməkdir.

Tanışlıq səfəri müddətində iştirakçılar Mannheim Tətbiqi Elmlər İnstitutu (http://www.hs-mannheim.de/), Nano Elm və Texnologiya İnstitutu (http://www.nsti.org/), Alman Elmi Tədqiqat Xərçəng Mərkəzində (http://www.dkfz.de/) yerləşən müasir laboratoriyalarla tanış olacaq, tanınmış mütəxəssislərin mühazirələrini dinləyəcəklər.

Həmçinin iştirakçılara prof. Verner, prof. Kioschis, prof. Frech, prof. Viedemann, prof. Hafner, prof. Mack tərəfindən biotexnologiyanın müasir problemlərinə həsr olunmuş mühazirələr veriləcək.

Bundan əlavə Bakı Dövlət Universitetinin professorları R.Həsənov və X.Qənbərov ilə gələcək universitetlərarası əməkdaşlıq da müzakirə olunacaq.

Qeyd edək ki, səfər Mannheim Tibb fakültəsi, Mannheim Tətbiqi Elmlər Universiteti, Bakı Dövlət Universiteti, Həkimlər və Təbib Tələbələr Birliyinin əməkdaşlığı ilə hazırlanıb.




Baxış sayı: 1430

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 Dekabr 2020

02 12 2020

02/12/20
“Samsung Galaxy Note” smartfonlarının son istehsal tarixi məlum olub

“Samsung” şirkəti sonuncu “Galaxy Note” smartfonunu təqdim edərək bu seriyadan imtina edəcək. Bu haqda Cə

02/12/20
Dünyada məktəblilərin 66%-i internetə çıxış imkanına malik deyil

3-17 yaş aralığında olan təxminən 1,3 milyard uşaq evdə internetə çıxış imkanına malik deyil. Bu barəd

02/12/20
“Baktelecom” “İçərişəhər” qoruğunda müasir standartlara cavab verən optik şəbəkəsini istifadəyə verdi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) “İçərişəhər

02/12/20
Yeni “Apple” qurğuları məlum olub

“Apple” şirkəti yeni displeylərlə təchiz edilən “iPad Pro” və “MacBook” buraxacaq. Bu barədə Tayvanın

02/12/20
Smartfonlar üçün qabaqcıl “Qualcomm Snapdragon 888” prosessoru təqdim edilib

“Qualcomm” şirkəti qabaqcıl smartfonlar üçün yeni “Snapdragon 888” platformasını təqdim edib

02/12/20
“Arecibo” radioteleskopu sökülüb

Puerto-Rikoda yerləşən “Arecibo” radioteleskopunun platformasının reflektorun üzərinə 

02/12/20
Şotlandiyada yaşayış evləri təbii qazdan ekoloji təmiz hidrogenə keçiriləcək

Şotlandiyanın Fayf dairəsində 300 yaşayış evi təbii qazdan istilik və yemək hazırlanması üçün istifadə ed

02/12/20
“WhatsApp” messenceri yeni funksiyalar əldə edib

“WhatsApp” messencerinin yeni versiyasında stikerlər üzrə axtarış və çatın arxa fonunu dəyişdirmək imkanı

02/12/20
Bu il dünyada virtual reallıq kontenti üçün xərclər 1 milyard dolları ötəcək

2020-ci ildə dünyada ümumilikdə 6,4 milyon virtual reallıq (virtual reality, VR) qurğusu satılacaq, “VR”