12px13px15px17px
Tarix:22/07/11

“Twitter”in rəhbəri mikrobloqun yaradıcılarını işdən kənarlaşdırıb

”Twitter”i mikrobloqun əsas yaradıcılarından 4-ü tərk edib. Bu barədə məlumat verən , “TechCrunch” texnologiya bloqunun məlumatına görə, kadr dəyişiklikləri “Twitter” rəhbəri Cek Dorsinin təşəbbüsü ilə edilib. O, Biz Stoun və Evan Uilyamsın gedişindən sonra şirkətə tək başçılıq edir. Dorsi, Uilyams və Stoun “Twitter” xidmətini 2006-cı ildə birlikdə istifadəyə veriblər. Şirkəti tərk edənlər arasında məhsullarının hazırlanması üzrə mütəxəssislər Kevin Çenq və Coş Elman var. Xüsusilə Çenq “Twitter”in yeni versiyasının hazırlanması işində fəal olub.
Nə şirkəti tərk edən əməkdaşlar, nə də “Twitter” rəhbərliyi vəziyyət barədə konkret şərh verməyilər. “Twitter”dən yalnız bildiriblər ki, bir neçə insan şirkəti tərk edib, rəhbərlik onlara etdiklərinə görə təşəkkür edir. “Twitter” xidmətinin yaradıcılarından biri Biz Stoun rəsmən 2011-ci ildə şirkəti tərk etdiyini bildirib. Uilyams isə 3 ay əvvəl işdən çıxıb.


lenta.ru



Baxış sayı: 1086

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024