12px13px15px17px
Tarix:05/11/12

“Hesab.az” portalı hədiyyələrin əldə edilməsi qaydalarına dəyişiklik tətbiq edib

"Hesab.az" internet ödəmə portalında hədiyyələrin əldə edilməsi qaydalarında dəyişikliklər edilib. "ICTnews" elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, artıq hədiyyələri hərrac vasitəsilə daha yüksək bonus təklif edən və qeydiyyatdan keçən istifadəçilər əldə edə biləcək.  Hədiyyələrin bonus dəyəri azaldılıb, onların çeşidi və sayı isə daima artırılır.

Beləliklə, istifadəçilərin istədikləri hədiyyə üzrə keçirilən hərracda iştirak üçün "Hesab.az"-da onlayn ödəmə aparması, bunun müqabilində topladıqları bonuslar hesabına hərraca daxilolma haqqını ödəməsi kifayətdir. Bundan sonra hərraclarda irəli sürülən hər bir bonus təklifinə görə əlavə ödəniş aparmağa ehtiyac yoxdur.
Qeyd edək ki, hərrac qaydaları haqda ətraflı məlumatı "www.hesab.az/ internet ünvanı vasitəsilə əldə etmək mümkündür.



CAHANGİR




Baxış sayı: 1119

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






12 Noyabr 2019

11 11 2019