12px13px15px17px
Tarix:26/07/11

“Nokia N9” smartfonunun qiyməti bəlli olub (Video)

“Nokia” şirkəti “Nokia N9” smartfonunun qiyməti və satışa çıxarılma müddəti haqqında məlumat verib. Telefon “Nokia” şirkətinin pərakəndə mağazalarında ilin 3-cü rübündə olacaq. 16 qiqabayt daxili yaddaş ilə olan versiyanın qiyməti 660 dollar, 64 qiqabayt daxili yaddaş ilə təchiz edilmiş smartfonun qiyməti isə 749 dollardır. “Nokia”nın saytında telefonların satışı üçün ilkin sifarişlərin qəbuluna başlanıb. Smartfonun 16 qiqabaytlıq versiyası qara və mavi korpuslarda, 64 qiqabaytlıq isə qara korpusda olacaq. Çəhrayı rəngli korpusda olan smartfonun satışa çıxarılma müddəti haqqında məlumat verilmir.
“Nokia N9” “Nokia”nın “Linux” nüvəsinə əsaslanan “MeeGo” platformasında ilk smartfonudur. “MeeGo” hazırlamasında “Nokia” və “İntel” şirkətləri iştirak edib. Aparat 1 QHz takt tezlikli prosessor istifadə edir və 3,9 düym ekran, “Wi-Fi” və “GPS” modulları, “NFC” (Near Field Communication, yaxın radiuslu radio əlaqə) çipi ilə təchiz edilib.
 



 





Baxış sayı: 10259

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024