12px13px15px17px
Tarix:18/12/12

“DARPA” 100 qiqabitlik simsiz şəbəkə yaratmağı təklif edib

ABŞ-ın "DARPA" Perspektiv Müdafiə Tədqiqatları Agentliyi qərara gəlib ki, onun "Common Data Link" kimi tanınan verilənlərin simsiz ötürülməsi texnologiyası arzuların son həddi deyil və daha sürətli texnologiya barədə fikirləşmək heç də pis olmazdı.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, bununla əlaqədar qurum kommersiya şirkətlərini yeni simsiz texnologiyanın hazırlanması layihəsində iştirak üçün dəvət edib. Hazırlanacaq yeni texnologiya verilənləri saniyədə 100 qiqabit qədər sürətlə ötürməyə imkan verəcək.

"DARPA"-dan verilən məlumata əsasən, hazırda bazarda 100 qiqabit sürətli şəbəkə yaratmaq üçün texnologiyalar mövcuddur, lakin onlar bir sıra məhdudiyyətlərə (kiçik hərəkət radiusu, zəif müdafiə və sairə) malikdir.

EMİL



Baxış sayı: 809

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024