12px13px15px17px
Tarix:21/12/12

“Hesab.az” portalında “Unibank”dan onlayn qaydada kredit sifariş etmək mümkündür

"Unibank" kredit götürmək istəyən vətəndaşlara daha bir imkan yaradıb. "ICTnews" elektron xəbər xidmətinin banka istinadən verdiyi məlumata görə, bundan sonra "Unibank"dan kredit götürmək istəyənlər bank filialına gəlmədən, "Hesab.az" saytı vasitəsi ilə istədikləri məbləğdə krediti sifariş edə bilərlər.

"Hesab.az"-da qeydiyyatdan keçən şəxslər şəxsi kabinetlərində "Unibankda kredit sifariş et" linkini tıklayaraq verilən formanı doldurub, kredit sifarişi göndərə bilərlər. Bu sifariş həmin an bank sistemində qeydiyyata alınır və müştəri ilə əlaqə saxlanılaraq istədiyi kredit ona təklif edilir.

Müştəri kredit sifarişini verərkən adını, soyadını və atasının adını, eləcə də mobil telefonunun nömrəsini mütləq dəqiq göstərməlidir. "Nə vaxtsa kreditiniz olubmu?" sualı da müraciətçi tərəfindən mütləq cavablandırılmalıdır. Şəxsiyyət vəsiqəsinin kodunun və seriya nömrəsinin göstərilməsi isə məcburi sayılmır.

CAHANGİR



Baxış sayı: 1037

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024