12px13px15px17px
Tarix:27/12/12

İstedadlı əlillərlə bağlı yeni veb-sayt təqdim olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə «Konstitusiya» Araşdırmalar Fondu tərəfindən hazırlanan «İstedadlı əlillərin cəmiyyətə inteqrasiyasına yardım göstərilməsi ilə onların yaradıcılıq imkanlarının təbliği» layihəsi çərçivəsində hazırlanan veb-saytın təqdimat mərasimi keçirilib.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Nazirlikdən bildirilib ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov, nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxsləri, nazirlik yanında İctimai Şuranın üzvləri, əlil ictimai təşkilatlarının rəhbərləri və yaradıcı əlillər iştirak edib.

Tədbirdə qeyd olunub ki, müasir dünyada istedadlı əlillərin yaradıcılıq işlərinin təbliğində İKT-dən geniş istifadə edilir. Çünki İKT istedadlı əlillərin yaradıcılığını ölkə sərhədlərindən kənarda da daha geniş miqyasda təbliğ etməyə, həmçinin, daha böyük və müxtəlif yaş qruplarına, fərqli baxışlara malik auditoriyanı əhatə etməyə imkan verir.

Layihə çərçivəsində MDB təcrübəsində ilk dəfə olaraq istedadlı əlillərin sənət nümunələri və onların özləri haqqında məlumatları əhatə edən "www.menbacariram.com" və "www.nobarriers.az" saytları yaradılıb, həmçinin, «Mənim möcüzəli dünyam» adlı albom-kataloq nəşr olunub. Albom-kataloqda 51 müəllifin əsərləri, əl işləri toplanıb və onlar haqda Azərbaycan, rus, ingilis dillərində məlumatlar dərc olunub.

Eyni zamanda əlilliyi olan şairlərin şeirlərindən ibarət «Ümidlər, arzular…» adlı şeirlər toplusu nəşr edilib. Layihənin icrası ilə bağlı Bakı şəhəri və bölgələrdə, həmçinin Naxçıvan Muxtar Respublikasında 94 fotosessiya aparılıb.

Ümumilikdə, 1800-dən çox fotoşəkil çəkilib. 78 istedadlı əlil haqqında məlumat toplanaraq rus və ingilis dillərinə tərcümə edilib. Onu da bildirək ki, sözügedən layihə dövlət sifarişi əsasında əlillərin sosial reabilitasiyası sahəsində ixtisaslaşmış vətəndaş cəmiyyətləri tərəfindən icra olunan ilk layihələrdən biridir.

HƏQİQƏT



Baxış sayı: 970

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 İyun 2020

05 06 2020

05/06/20
Dünyada ən yığcam şırnaqlı printer təqdim edilib

“Selpic” şirkəti yığcam çap texnikalarının istehsalçısı kimi tanınır. Bu yaxınlarda şirkət tərəfindən təq

05/06/20
Bill Qeyts bəşəriyyətin çipləşdirilməsi ilə bağlı ittihamlara cavab verib

“Microsoft” korporasiyasının təsisçisi, milyarder və filantrop Bill Qeyts vaksinləşdirmə vasitəsilə bəşər

05/06/20
Poçt şöbələrinin fəaliyyəti məhdudlaşdırılır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayo

05/06/20
Gecəgörmə kameralı ilk smartfon işıq üzü görüb

“Oukitel” şirkəti infraqırmızı gecəgörmə kamerası ilə təchiz edilən “Oukitel WP7” adlı dünyanın ilk smart

05/06/20
“iPhone” üçün fırıldaqçı proqramlar aşkar edilib

“AppStore” internet mağazasında 3 fırıldaqçı VPN proqram aşkar edilib. “Avast” şirkətinin

05/06/20
“Windows 7” sisteminin bazar payı açıqlanıb

Genişləndirilmiş dəstəyi 14 yanvar 2020-ci ildə dayandırılan “Windows 7” ən populyar əməliyyat sistemləri

05/06/20
“Honor 8S” smartfonu nümayiş olunub

Çinin texnoloji nəhəngi “Huawei” Böyük Britaniyada “Honor 8S” smartfonunu təqdim edib. Ucuz qurğular si