12px13px15px17px
Tarix:27/12/12

Cihazlara görə cinayətlərin sayı artıb

Nyu-Yorkda baş vermiş cinayətlərin ümumi sayı son 20 il ərzində ilk dəfə olaraq artıb. Cinayətin sayının artmasının səbəbi “Apple” məhsulunun oğurlanması ilə bağlıdır. ABŞ-ın ən böyük şəhəri Nyu-Yorkda elektronika oğurluqlarının sayı 9 faiz artdığı halda, ümumi cinayətkarlığın səviyyəsi yalnız 3 faiz artıb.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, dəbdə olan alma loqotipli qurğulara üstünlük verən qarətçilər Nyu-York şəhərinin kriminal statistikasına güclü təsir göstəriblər. Əgər onların fəaliyyəti 2012-ci ildə aktiv olmasaydı, o zaman şəhərdə cinayətkarlığın səviyyəsi azalardı.

Nyu-York polisinin nümayəndəsi Pol Braunun sözlərinə görə, 2012-ci il yanvarın 1-dən sentyabrın 30-dək 11477 ədəd “Apple” cihazı oğurlanıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 40 faiz çoxdur. 2012-ci ilin payızında polisin həyata keçirdiyi tədbirlər olmasaydı, bəlkə də statistika daha acınacaqlı ola bilərdi.

Sentyabrda “iPhone 5” qurğularının satışlarına start verildikdə Nyu-York polisi öz zabitlərini “Apple Store”-nin 21 mağazasına göndərmişdi. Polislər alıcıların smartfonlarını elə sazlayırdılar ki, onlar oğurlandıqda izləmək mümkün olsun.

Emil Hüseynov



Baxış sayı: 748

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024