12px13px15px17px
Tarix:30/12/12

MDB alimləri Azərbaycan Milli Elmlər Akademiyasının DATA-mərkəzinin resusrlarına giriş əldə ediblər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) DATA-mərkəzinin resusrları Dubnada (Moskva vilayəti) Nüvə Tədqiqatları Birləşmiş İnstitutunun alimləri tərəfindən hesablamaların aparılmasında iştirak edir. Bu barədə AMEA-nın Fizika İnstitutundan bildiriblər.

Öz növbəsində, azərbaycanlı alimlər Nüvə Tədqiqatları İnstitutunun Grid infrasturkturundan istifadə etmək imkanı əldə ediblər. Dubnada resurslarından mərkəzin tərkibinə daxil olan bütün ölkələrin istifadəsimümkün olan məlumat bankı yaradılıb.

Dubnanın Beynəlxalq Nanotexnologiyaların İnnovasiya Mərkəzinin təsisçilərindən biri olaraq Azərbaycan nanotexnologiyalar sahəsində MDB ölkələrində, eləcə də dünyada baş verən hadisələrdən xəbərdardır, o həmçinin elmi-tədqiqat işlərində bilavasitə iştirak edir.

Hazırda Azərbaycanın gənc mütəxəssisləri Dubnada təlimlər və ixtisasartırma kursları keçirlər.



Baxış sayı: 925

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024