12px13px15px17px
Tarix:16/01/13

“Facebook” məzmun üzrə axtarış sistemini təqdim edib (VİDEO)

“Facebook” sosial şəbəkəsi istifadəçilərin dərc etdiyi məzmun üzrə axtarış apara bilən sistemini təqdim edib. Mark Zukerberq “Graph Search” (Sosial axtarış) adlı funksiyanı yanvarın 15-də şirkətin baş ofisində keçirilmiş konfransda təqdim edib. Zukerberq izah verərək bildirib ki, "Sosial axtarış" internet üzrə axtarış deyil.

Daxili axtarış sisteminin qarşısına istifadəçilərin sorğusuna cavaba istinad deyil, yalnız cavab vermək qoyulub. Buna görə də sorğu bu və ya digər seçim meyarlarından ibarət filterlər vasitəsilə ifadə ediləcək. Məsələn, istifadəçi 2009-cu ildə dərc edilmiş dostlarının fotosunu və ya onların dinlədiyi musiqini tapa bilər.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, dostların fotoları üzrə axtarış verildikdə, o zaman nəticələr “layk”ların sayına görə çeşidlənəcək. “Facebook”un məzmunundan danışan Zukerberq qeyd edib ki, bu, milyard insan və onlar arasında mövcud trilyon əlaqə deməkdir. Bundan başqa, sosial şəbəkədə 240 milyard foto saxlanılır.

“Facebook”un direktoru, həmçinin qeyd edib ki, axtarış nəticələri istifadəçilərin məxfilik sazlamalarından asılı olacaq. “Facebook” yanvarın 15-də “Sosial axtarış”dan başqa şəbəkə üzrə axtarış sistemini də təqdim edib. Axtarış “Bing” texnologiyası vasitəsilə həyata keçiriləcək.

Emil Hüseynov



Baxış sayı: 579

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






08 Avqust 2020

07 08 2020

07/08/20
Araşdırma: istifadəçilər “Windows 7”dən imtina etməyə tələsmirlər

“Microsoft” şirkəti 2020-ci ilin əvvəlində “Windows 7” əməliyyat sisteminin texniki dəstəyinin dayandırıl

07/08/20
“WhatsApp” messencerində təkmilləşdirilmiş axtarış sistemi əlçatan olacaq

“WhatsApp” messencerinin “Android” əməliyyat sistemi üçün sınaq versiyasının istifadəçiləri

07/08/20
Yeni “Sony” qulaqcığı eyni anda iki qurğuya qoşulur

“Sony” şirkəti yeni “WH-1000XM4” simsiz qulaqcığını təqdim edib. O, 2018-ci ildə buraxılan populyar “WH-1

07/08/20
Görkəmli qəzəlxan şair Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən

07/08/20
“Chrome” üçün saxta genişlənmələr 80 milyon kompüteri yoluxdurub

“AdGuard” şirkətinin mütəxəssisləri populyar “Google Chrome” brauzeri üçün internetdə reklamın blo

07/08/20
“TikTok” Avropada ilk data mərkəzi açacaq

“TikTok” servisinin sahibi Çinin “ByteDance” şirkəti Avropa ərazisində ilk data mərkəzinin açılması

07/08/20
“LCD” ekranlı üç yeni “Huawei” televizoru buraxılacaq

“Huawei” şirkəti “Huawei Smart Display” adlı “ağıllı” televizorlar seriyasına üç yeni model əlav

07/08/20
Noutbuklar üçün “5G” modemi nümayiş olunub

Ötən il noutbuklar üçün “5G” modemin hazırlanması məqsədilə tərəfdaşlıq haqqında saziş imzalayan “MediaT

07/08/20
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi GUAM-ın İKT üzrə işçi qrupunun iclasında təmsil olunub

Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın informasiya-kommunikasiya texnologiyaları (İKT)