12px13px15px17px
Tarix:31/01/13

İnternet vasitəsilə Ağ Evin diqqətini Xocalı faciəsinə yönəldək!

Amerikada yaşayan azərbaycanlılar Xocalı qətliamının tanınması məqsədilə Ağ Evin rəsmi veb-səhifəsində petisiya yerləşdirib.

Ağ Evin rəsmi səhifəsində yer alan "Biz xalqıq" (We the People) bölməsində yerləşdirilmiş petisiya faciəsinin 21-ci ildönümü ərəfəsində Xocalı soyqırımı və onun qurbanlarının anılması və ABŞ prezidentinin bununla bağlı bəyanat verməsi üçün imza toplanmasını nəzərdə tutur. 25 yanvardan 2013-cü il tarixindən etibarən ərizə üçün səsvermələr açıq elan olunub və elektron imza toplamaq üçün "Biz xalqıq" kampaniyası çərçivəsində səsvermə başlayıb.

Kampaniyada iştirak şərtləri

"Biz xalqıq" kampaniyasında səsvermədə iştirak etməzdən öncə, siz "İştirak şərtlərini" oxuduğunuza, qəbul olunmuş qayda və təlimatlara riayət etdiyinizə əmin olmalısınız. "Biz xalqıq" (We the People) kampaniyası Ağ Evlə əlaqə vasitələrinə məhdudiyyət qoymur, poçt və elektron poçt imkanlarını da istisna etmir.

Kampaniyada iştirak etmək üçün siz  Ağ evin internet səhifəsində hesab yaratmalısınız. Yeni hesab yaratmaq üçün öz mövcud e-mail ünvanınızdan istifadə etmək tələb olunur. Bunun üçün ilk olaraq saytda "Hesab yarat" (Create an account) bölməsinə daxil olaraq qeydiyyatdan keçmək lazımdır. Daha sonra orada e-mail ünvanına daxil olub sizə göndərilən linki təsdiqləməlisiniz.

Təsdiqlədikdən sonra "SİGN THİS PETİTİON" (Bu ərizəni imzala) düyməsini sıxaraq səs verə bilərsiniz. Amma aşağıdakı məhdudiyyətlər olduğunu da nəzərə alın.

Əvvəlcə, hər şəxs yalnız bir İP ünvandan (bir kompüterdən) səs verə bilər. İkincisi, istifadəçi bir neçə dəfə hesab yaratmağa və ya imza atmağa cəhd edərsə, Ağ Ev qeydiyyatda olan kompüterlərin İP ünvanının istifadəsinə məhdudiyyət qoyacaq.

Qeyd: Petisiyanın müzakirəyə çıxarılması üçün ona 2013-cü il fevralın 25-nə qədər 100,000 adamın səs verməsi lazımdır.

Xatırladırıq ki, petisiyaya səs vermək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

 burdan

RƏVAN



Baxış sayı: 2768

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024