12px13px15px17px
Tarix:07/03/13

İspaniyada yeni Sənaye Kibertəhlükəsizlik Mərkəzi yaradılacaq

İspaniyada yeni Sənaye Kibertəhlükəsizlik Mərkəzinin (Centro de Ciberseguridad Industrial, CCI) açılışı planlaşdırılır. Onun əsas vəzifəsi kiberməkanda mühafizə vasitələrinin təkmilləşdirilməsi olacaq.

"ICTnews.az" elektron xəbər xidməti "securitylab.ru" saytına istinadən bildirir ki, "CCI" nümayəndəsinin bəyanatına əsasən, mərkəzin mütəxəssisləri kiberməkanda idarəetmə, saxlama və informasiyanın ötürülməsi ilə bağlı risklərin idarə edilməsi üçün nəzərdə tutulmuş bir sıra texnologiya və proseslər tətbiq edəcəklər. Onlar, həmçinin hesab edir ki, sözügedən mərkəz ispan cəmiyyəti və iqtisadiyyatın əsas obyektinə çevriləcək.

Hazırda kiberterrorizmin əsas hədəfi sənaye sistemləridir. Bundan başqa, kibercinayətkarlar sənaye proseslərinin idarə edilməsi sistemlərindəki boşluqlardan istifadəyə kökləniblər.

Emil Hüseynov



Baxış sayı: 746

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024