12px13px15px17px
Tarix:09/03/13

Elmi İnnovasiyalar Mərkəzi: “Belarus Milli Elmlər Akademiyasının innovasiyaları istehsalatda tətbiq olunmaq üçün hazırdır”

AMEA Elmi İnnovasiyalar Mərkəzi (EİM) Belarus Milli Elmlər Akademiyasının informasiya proqramları barədə məlumat verib. "ICTnews" elektron xəbər xidmətinə EİM-dən bildirilib ki, hal-hazırda Milli Elmlər Akademiyasının elmi-istehsal korporasiyasına tədricən transformasiyası baş verir:

"2013-cü ilin əvvəlinə kimi Belarus Milli Elmlər Akademiyasının strukturuna, 7 elmi-tədqiqat mərkəzi, 5 dövlət elmi-tədqiqat və istehsalat birlikləri, 32 dövlət elmi təşkilatları, 57 respublika unitar müəssisələr və 20 digər təşkilatlar (təhsil, səhiyyə, xidmət), 121 təşkilat daxildir. Bu halda, 71 müəssisə elmi, 34 müəssisə isə istehsal sahəsinə aid edilir.

Bir korporasiya kimi Belarus MEA-nın fəaliyyəti nəzəri işləmələrin nəinki yalnız laboratoriya şəraitində, eləcə də təcrübi-eksperimental istehsalatda və kiçik müəssisələrdə sınaqdan keçirilə bilməsinə unikal imkan verir. Nəticədə alınmış innovasiyalar demək olar ki, istehsalatda tətbiq olunmaq üçün hazırdır".

MEA-nın təşkilatlarında yaranan innovasiya haqqında informasiyalar müntəzəm olaraq akademiyanın saytında xüsusi kataloqlar şəklində dərc edilir və özəl biznesdə maraq oyadır:

"Hal-hazırda Belarus işləmələrinin tətbiqi sahəsində tapşırıqlar bir qədər dəyişib. Bu gün strateji əhəmiyyətli məsələ - beynəlxalq əməkdaşlığın qurulmasıdır. Belarus texnologiyaları və innovativ məhsul dünyada tələb olunur.

Elm və Texnologiya üzrə Dövlət Komitəsi bütün işləmələrin ən ciddi beynəlxalq standartlara uyğun olması üçün ciddi təhlillər həyata keçirməkdədir. Ölkədaxili işləmələr nəinki müəssisələrin, həmçinin ölkə iqtisadiyyatında Belarus modernizasiyası proqramlarında da aktiv istifadə olunur".

HƏQİQƏT



Baxış sayı: 1159

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 May 2020

28 05 2020