12px13px15px17px
Tarix:11/03/13

“Samsung Galaxy S III”-də boşluqlar aşkar edilib

Ekspertlər “Samsung Galaxy S III” smartfonunda, bütün məlumatlara və əlavələrə çıxış açan boşluqlar aşkar ediblər. Cinayətkarlar sadə manipulyasiyalardan istifadə edərək, hətta parolla qorunan smartfona müdaxilə edə bilərlər. “Samsung”un mütəxəssisləri bu xətanın aradan qaldırılması üzərində işlədiklərini bildiriblər.

Ekspertlərin rəyinə görə, bu cür problemlərlə bütün platformalarda qarşılaşmaq olar. Mütəmadi olaraq belə vəziyyət yaranır. Belə ki, bu cür boşluqlar sayəsində ünvan kitabçasına daxil olmaq olur.

Əslində “Android” sistemində boşluqların mövcudluğu və onun platformunun informasiya təhlükəsizliyi nöqteyi-nəzərindən “iOS” və “Windows Phone”-dan daha zəif olması heç kim üçün yenilik deyil.

Buna baxmayaraq, bu satış həcmlərinə böyük təsir göstərmir, bir insan “Android” almaq istəyirsə, bu xətalara baxmayaraq o bunu edəcək.

Hazırda bazarda “Samsung Galaxy S III” ən məşhur smartfonlardan biridir və satışa buraxılandan bu günə qədər 40 milyondan artıq aparat satılıb. Yaxın zamanda “Samsung”un yenilənmiş proqram təminatının buraxılması gözlənilir və bu versiyada artıq bu problemin həll olunması gözlənilir.

AYNUR



Baxış sayı: 826

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024