12px13px15px17px
Tarix:27/03/13

Planetin hər yeddinci sakini “YouTube”-a daxil olur

"YouTube" videohostinqi rekord qırmağa davam edir: xidmətin aylıq auditoriyası hazırda 1 milyard unikal istifadəçiyə bərabərdir. Beləliklə, hazırda "YouTube"-da yerləşdirilmiş çarxlara planetin təxminən hər yeddinci sakini və ya Ümumdünya şəbəkəsinə çıxış imkanına malik hər ikinci insan baxır.

Bu, o deməkdir ki, əgər "YouTube" ölkə olsaydı, o zaman əhalisinin sayına görə Çin və Hindistandan sonra üçüncü dövlət olardı.

"ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, hər dəqiqə "YouTube" videohostinqinə 70 saatlıq video yüklənilir. Hər ay 4 milyard saatlıq videoya baxılır.

Qeyd edək ki, videohostinq 2005-ci ildə Stiv Çen və Çed Hörli tərəfindən yaradılıb. Sonra "Google" şirkəti onu 1.65 milyard dollara satın alıb.

Emil Hüseynov



Baxış sayı: 426

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020