12px13px15px17px
Tarix:27/03/13

2017-ci ildə “Mobil bankinq” xidmətlərindən daha çox planşet istifadəçiləri istifadə edəcək

“Mobil bankinq” xidmətlərinə, eləcə də, planşetlərə istifadəçilərin marağının artması kontekstində 2017-ci ilədək bank tranzaksiya xidmətlərinin istifadəçi bazasının təxminən 200 minədək artması proqnozlaşdırılır.

“ICTnews” elektron xəbər xidməti “Juniper Research” istinadən xəbər verir ki, bu “Mobil bankinq” xidmətləri istifadəçilərinin 2013-cü illə müqayisədə təxminən 10% artaraq 19%-dək çatması deməkdir. Bank tranzaksiya, hesab təqdimetmə və ödəniş xidmətlərinin istifadəçilərinin əksəriyyətinin inkişaf etmiş ölkələrdən olan planşet istifadəçiləri olacağı gözlənilir.

“Juniper” eyni zamanda müəyyən edib ki, planşet istifadəçilərinin sayının artımı davam edəcək və artıq alış-veriş əməliyyatlarının və tranzaksiyaların əhəmiyyətli hissəsi noutbuk və stolüstü kompüterlərdən planşetlərə miqrasiya ediləcək. “Divan kommersiyası” trendi ödəniş sektoru çərçivəsində bank sənayesində öz əksini tapacaq.

Lakin banklar tərəfindən mobil bank platformaları çərçivəsində bank xidmətlərinin paketləşdirilməsini və smartfonlar üçün tərtib edilən asan proqramların tətbiqini nəzərə alsaq, gələcəkdə bank tranzaksiyalarının telefon vasitəsilə geniş yayılmasını gözləmək olar.

AYNUR



Baxış sayı: 446

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020