12px13px15px17px
Tarix:28/03/13

Dünyada internetin sürətinin zəifləməsinin səbəbi məlum olub

Britaniya KİV-nin yaydığı məlumata əsasən, naməlum hakerlər artıq bir həftədən çoxdur ki internet tarixində görünməmiş kiberhücum həyata keçirirlər. Nəticədə internetin sürəti azalır və qlobal şəbəkə xidmətlərində nasazlıqlar qeydə alınır.

Hakerlər “DDos” hücuma martın 19-da başlayıblar, lakin bu barədə yalnız indi məlum olub. Onlar tərəfindən ayrıca serverə xeyli sayda sorğu göndərilir və onların hamısına “cavab verə bilməyən” server sıradan çıxır.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, kibertəhlükəsizlik sahəsi üzrə ekspertlər artıq hakerlərin bu aksiyasını internet tarixində "görünməmiş" kimi adlandırıblar. Bu hücum nəticəsində qlobal şəbəkədəki səhifələrin yüklənmə sürəti zəifləyib, həmçinin internet xidmət sistemlərində nasazlıqlar yaranıb.

Güman ki, hücumun səbəbi London və Cenevrədə fəaliyyət göstərən “Spamhaus” qrupu ilə Hollandiyanın “Cyberbunker” hostinq şirkəti arasındakı mübahisə olub. Qeyd edək ki, “Spamhaus” elektron poçt xidmətlərinə spamla mübarizə aparmaqda kömək edir.

"Spamhaus" qrupu Hollandiya şirkətini öz “qara siyahı”sına daxil etdikdən sonra hücum başlanıb.

Məlumat üçün qeyd edək ki, “qara siyahı” vasitəsilə 1,77 milyard elektron poçt qutusu müdafiə olunur, onun köməyi ilə hər gün 80 milyard spam mesajı bloklanır. Qrup artıq hücuma görə “Cyberbunker” şirkətini ittiham edib.

Emil Hüseynov



Baxış sayı: 611

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 Avqust 2020

02 08 2020