12px13px15px17px
Tarix:28/03/13

“Facebook”un yaradıcısı lobbiçiliklə daha ciddi məşğul olacaq

“Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq lobbiçiliklə məşğul olacaq qurum yaradır və siyasətlə məşğul olmağa hazırlaşır. “ICTnews” xəbər xidmətinin “www.sotovik.ru”-ya istinadən verdiyi məlumata əsasən, yaxın zamanda Silikon Vadisində (Silicon Valley) M. Zukerberqin aktiv iştirakı ilə ABŞ-ın aparıcı İT şirkətlərinin maraqlarını müdafiə edəcək lobbist firma yaradılacaq.

Rəsmi olaraq yeni qurum Amerikanın “qlobal rəqabətliliyini artıracaq”. Qurumun əsas məqsədlərindən biri, ABŞ-a bütün dünyadan yüksəkixtisaslı kadrları əldə etməyə imkan verən, immiqrasiya qanunvericiliyinin reformasını dəstəkləməkdir.

Sosial şəbəkənin qərargahında Zukerberqin bu təşəbbüsünü şərh etmirlər. Bu günə kimi “Facebook”un yaradıcısı siyasi kampaniyalarda iştirak etməməyə çalışıb.

Son iki il ərzində sosial şəbəkənin köməyi ilə yaradılan komitələrin fonduna $5 min köçürüb və Nyu-Cersi ştatının qubernatoru Kris Kristinin bir neçə seçkiqabağı görüşündə iştirak edib. Bu dəfə, 28 yaşlı milyarder yaradılan lobbist firmaya $20 mln. vəsait qoymağı söz verib. Layihənin digər iştirakçılarının sərmayələrinin həcmi 2-6 milyon dollar ətrafındadır, lakin sərmayələrin dəqiq həcmi hələ məlum deyil.

Firma ABŞ-da qəbul edilmiş 501(c)(4) statusuna uyğun olaraq qeydiyyatdan keçirilib ki, bu da maliyyələşmə mənbəsini bildirməməyə imkan verir. Yeni firmanın rəhbəri, Zukerberqin Harvard Universitetinin yataqxanasında qonşusu olan 27 yaşlı Jo Qrin olacaq.

Bir zaman o, “Facebook”un yaradılması naminə universiteti atmaqdan imtina etməyi ilə məşhur olub. Məlumat üçün bildirək ki, Qrin Jon Kerrinin prezident kampaniyasında məsləhətçi şəklində iştirak edib, 2007-ci ildə sosial şəbəkədə xeyriyyə təşəbbüslərini reklam etməyə imkan verən proqram tərtib edib. Ondan başqa, layihənin təsisçiləri siyahısına Klintonun keçmiş mətbuat katibi Jo Lokxart və respublikaçı-senatorlar Milli komitənin eks-rəhbəri Rob Jesmer daxil edilə bilər.

Yeni şirkətin reklamı ilə, Barak Obamanın 2012-ci ildə seçki kampaniyasında aktiv iştirak edən “SS+K” Nyu-York agentliyi məşğul olacaq. Şirkətin yaradıcıları, onların əsas məqsədinin təhsil reforması və immiqrasiya qanunvericiliyinin reformalarını dəstəkləmək olduğunu gizlətmirlər.

Martın əvvəlində ABŞ-ın aparıcı İT şirkətlərinin 100 rəhbəri prezident və Konqresə yüksəkixtisaslı kadrları üçün viza almaq proseduralarını asanlaşdırmaq tələbi ilə müraciət imzalayıblar. Zukerberqdən başqa bu məktubu “Yahoo!”, “AT&T”, “Hewlett-Packard” və “Intel” şirkətlərinin rəhbərləri imzalayıblar.

İmmiqrasiya sisteminin dəstəklənməsini Ağ Ev təkid edir, lakin administrasiyanın bütün cəhdlərinin qabağı Konqresdə respublikaçıların nümayəndələri tərəfindən alınır. Onlar hesab edirlər ki, viza rejiminin asanlaşdırılması qeyri-leqal immiqrantların axınına gətirib çıxaracaq. Belə olan halda isə Barak Obamanın administrasiyası nüfuzlu tərəfdaşlar əldə edəcək.

Aynur Vəliyeva



Baxış sayı: 550

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 Avqust 2020

02 08 2020