12px13px15px17px
Tarix:04/04/13

Korporativ istifadəçilərin 35%-i şifrələmə texnologiyasından istifadə etmir

2012-ci ilin sonunda "Kasperski Laboratoriyası"nın "B2B International" şirkəti ilə birgə keçirdiyi beynəlxalq araşdırmanın yekununa əsasən, əksər şirkətlər korporativ informasiyanın mühafizəsi məsələlərinə az önəm verir.

Daha dəqiq, şirkətlərin 35%-i məlumatların şifrələnməsi kimi mühüm texnologiyadan istifadə etmir. Rusiyada bu göstərici 38%-ə bərabərdir. "ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, korporativ casusluq və məlumatların təsadüfi itkisi halları istənilən biznes üçün ciddi təhlükə doğurur, lakin buna baxmayaraq, əksər şirkətlər əvvəlki kimi məxfi informasiyanın mühafizəsi üçün hər hansı üsul tətbiq etməyə tələsmir.

"Kasperski Laboratoriyası" və "B2B International" şirkətinin məlumatına görə, az sayda şirkət məlumatların şifrələnməsi texnologiyasından həm fayl səviyyəsində, həm də diskin tamamilə şifrələnməsi səviyyəsində istifadə edir. Məlumat üçün bildirək ki, yalnız ABŞ aeroportlarında hər həftə 12 min noutbuk itirilir. İl ərzində itmiş qurğuların ümumi dəyəri 987 milyon dollar həcmində qiymətləndirilir.

Emil Hüseynov



Baxış sayı: 728

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024