12px13px15px17px
Tarix:24/04/13

“Google” şirkəti yeni data mərkəzinə 600 milyon dollar sərmayə qoyur

"Google" internet şirkəti Şimali Karolinadakı (ABŞ) data mərkəzinin genişlənməsinə daha 600 milyon dollar sərmayə qoyur. "ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, genişləndirmə proqramına əsasən, qeyd edilən data mərkəzinə qoyulan sərmayələrin ümumi həcmi 1,2 milyard dollar təşkil edir. "Google" hazırda data mərkəzinin tikintisi üçün 87 hektar ərazi ayırıb, lakin hazırda burada şirkətin iki binadan ibarət data mərkəzi işləyir.

Ötən həftə şirkət yeni binanın tikintisi haqda razılaşma əldə edib. Şimali Karolinanın rəsmi hakimiyyəti bildirib ki, "Google" şirkətinin yeni data mərkəzi – bu ştatda tikilmiş texnoloji güc silsiləsindən növbəti müəssisədir. Hazırda "Facebook", "Amazon" və "Microsoft" şirkətləri də bu cür İT-gücdən istifadə edirlər.

"Google" şirkəti ilə ştatın hakimiyyəti arasında imzalanmış sazişə əsasən, 90 gün ərzində internet şirkət, kommunikasiyaların, rabitə şəbəkələrinin çəkilməsi və meydançanın enerji təchizatı ilə bağlı bütün məsələləri razılaşdırmalıdır.

Aynur Vəliyeva



Baxış sayı: 664

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024