12px13px15px17px
Tarix:03/05/13

Amerikalı milyarder Uorren Baffet “Twitter”də mikrobloq açıb

Amerikanın məşhur iş adamı, "Berkshire Hathaway" investisiya holdinqinin direktoru 82 yaşlı Uorren Baffet ötən gün "Twitter" mikrobloqlar sistemində öz adına hesab yaradıb.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, XX əsrin ən uğurlu investorlarından biri hesab edilən Baffet "@WarrenBuffett" adlanan hesab yaratdığını bildirib. Artıq bir neçə saata onun hesabına 150 mindən çox istifadəçi abunə olub. Lakin investor hələ ki "Twitter" mikrobloqlar xidmətində heç kəsin bloqunu oxumur.

"Artıq ailəm mənə 19-cu əsrdə ilişib qalmağımla bağlı irad tuta bilməz" – deyə milyarder zarafat edib. Baffet 1930-cu il avqustun 30-da Amerikanın Omaha şəhərində anadan olub, 1951-ci ildə Kolumbiya Biznes Məktəbini bitirib. O, 1965-ci ildən etibarən "Berkshire Hathaway" investisiya maliyyə şirkətinin baş direktorudur.

Emil Hüseynov



Baxış sayı: 719

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024