12px13px15px17px
Tarix:16/05/13

Məşhur intellektual oyun üzrə Tələbələrarası II Azərbaycan Çempionatının regional seçim turu keçirilib

"İrəli" İctimai Birliyi və "Xəzər" İntellektual Gənclər Klubunun təşkilatçılığı, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə Tələbələrarası II Azərbaycan Çempionatının Bakı seçim turunun ardınca Azərbaycanın 14 regionunda seçim turları təşkil olundu.

"Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə Tələbələrarası II Azərbaycan Çempionatının regionlarda seçim turlarının təşkilinin əsas məqsədləri "Azərbaycan gəncliyi – 2011-2015-ci illərdə" Dövlət Proqramının regionlarda intellektual klubların yaradılması bəndinin icrası, intellektual oyunlar hərəkatının inkişafı və region gənclərinin ölkənin ictimai həyatında fəal iştirakının təmin olunmasıdır. Seçim turları Gəncə, Qazax, Mingəçevir, Şəki, Zaqatala, Salyan, Lənkəran, Naxçıvan, Quba, Şamaxı, Ağcabədi, Bərdə, Beyləqan və Biləsuvarda təşkil olundu. 18 mayda sinxron olaraq keçirilmiş regional seçim turunda 100-dən çox komanda iştirak etdi.

Seçim turları nəticəsində ölkənin regionlarını təmsil edən 20 komanda "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə Tələbələrarası II Azərbaycan Çempionatının finalına vəsiqə qazandı.

Xatırladaq ki, "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə Tələbələrarası II Azərbaycan Çempionatı 26 mayda Bakıda təşkil olunacaq.



Baxış sayı: 904

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Yanvar 2022

21 01 2022