12px13px15px17px
Tarix:31/05/13

Mərkəzi Bankın rəsmi internet səhifəsi yeni ünvana köçürülüb

Mərkəzi Bankın əsas kommunikasiya vasitələrindən biri olan rəsmi internet səhifəsinin istifadə imkanları genişləndirilib. MB-dən “ICTnews” elektron xəbər xidmətinə bildirilib ki, müasir tələblərə cavab verən, rahat istifadə imkanlarına malik, müasir mobil platformalara, əməliyyat sistemlərinə adaptasiya olunan, innovativ modulların tətbiq olunduğu yeni internet səhifə hazırlanıb.

Mərkəzi Bankın rəsmi internet ünvanı (www.cbar.az) yeni səhifəyə yönəldilib. “Yenilənən səhifə eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair tələblərin təsdiq edilməsi haqqında” Qərarından irəli gələn tələblərin reallaşdırılmasını da təmin edib. Mərkəzi Bankın yenilənən səhifəsinin hazırlanması prosesində ən qabaqcıl mərkəzi bankların mütərəqqi təcrübəsindən yararlanaraq internet səhifədə axtarış funksionallığı genişləndirilib, xüsusi naviqasiya imkanları yaradılıb, səhifənin dinamik əsasda daim zənginləşdirilməsi imkanları daha da artırılıb, əlavə məlumatların yerləşdirilməsi təmin edilib”.

MB-dan bildirilib ki, sayt “iPhone”, “Android”, “BlackBerry” kimi yeni kommunikasiya cihazları üçün uyğunlaşdırılan versiyaları mobil platformalarda onun ziyarətçilərinə daha əlverişli istifadə imkanları verir. Mərkəzi Bankın internet səhifəsində əlamətdar hadisələri əks etdirən xüsusi səhifələrin açılması praktikası davam etdirilib və bu istiqamətdə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə xüsusi səhifə də öz əksini tapıb.

Səhifədə yubiley münasibəti ilə Mərkəzi Bank tərəfindən həyata keçirilmiş silsilə tədbirlər haqqında geniş məlumatlar yerləşdirilib. Təhlükəsizliklə bağlı tələblərə də tam cavab verən yeni səhifənin məzmun etibarilə zənginləşdirilməsi və texnoloji baxımdan təkmilləşdirilməsi işləri daim diqqətdə saxlanılacaqdır.

SEYMUR



Baxış sayı: 460

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






31 Mart 2020

30 03 2020

30/03/20
“Samsung” uzun müddət avtonom işləyən ucuz “Galaxy M11” smartfonunu təqdim edib

“Samsung” şirkəti öz rəsmi saytında “Galaxy M11” smartfonunu təqdim edib. Smartfonun əsas xüsusiyyətləri 

30/03/20
Bərpa olunan enerji planetə mənfi təsir göstərir

Bərpa olunan enerji mənbələrindən təmiz enerjiyə keçid zərərli tullantıların azaldılması və planetdə həya

30/03/20
“Apple” prosessorlu ilk noutbuklar 2021-ci ildə buraxılacaq

“Apple” şirkəti 2021-ci ildə noutbuk və masaüstü kompüterləri öz istehsalı olan “ARM” arxitekturalı

30/03/20
“Samsung Galaxy Chromebook” noutbuku nə vaxt satışa çıxarılacaq?

“Samsung” şirkətinin premium “Galaxy Chromebook” noutbukunun rəsmi satışa çıxarılma tarixi məlum olub. 

30/03/20
Çinin texnoloji nəhəngləri “bulud” oyun platformasının yaradılması üçün səyləri birləşdirib

Çinin iki nəhəng texnoloji şirkəti – “Huawei Technologies” və “Tencent Holdings” mobil əyləncə

30/03/20
Bu şirkət mobil prosessor bazarında öz mövqeyini möhkəmləndirib

Prosessor smartfonun “ürəyi” hesab edilir, digər bütün komponentlərin işləməsi ondan asılıdır. 

30/03/20
“Huawei” yeni texnologiyaların tədqiqatına rekord məbləğ yatırır

Karantin rejimi tətbiq edildikdən sonra Çinin böyük şirkətləri işlərini dayandırmaq məcburiyyətində qalıb

30/03/20
“Dyson” ağciyərin süni ventilyasiyası üçün aparatların istehsalına başlayacaq

Tozsoran istehsalçısı kimi tanınan Böyük Britaniyanın “Dyson” texniki şirkəti yeni növ koronavirus (COVID

30/03/20
Kompüterin köməyilə beyin siqnallarını oxumaq üçün yeni metod hazırlanıb

Beynəlxalq alimlər qrupu beyin neyronlarından gələn siqnalları silisium çipinə ötürməyə müvəffəq olublar.