12px13px15px17px
Tarix:05/08/11

“Wikipedia”ya maraq azalıb

“Wikipedia” onlayn ensiklopediyası layihəyə marağın azaldığını bildirib. “Associated Press” agentliyinə dünən verdiyi müsahibədə layihənin banisi və rəhbəri Cimmi Uels bildirib ki, köhnə redaktorları saxlamaq və yenilərini toplamaq “Wikipedia” üçün ciddi problemə çevrilib. Həmçinin, o bildirib ki, artıq yaxın vaxtlarda layihə yeni, daha sadə şablon sistemini tətbiq edəcək ki, bu sistem şəbəkə ensiklopediyasında yazıları daha sadə və daha sürətli redaktə etməyə icazə verəcək.
Dünən İsraildə “Wikipedia”nın illik konfransında iştirak edən Uels bildirib ki, onlayn-ensiklopediya administrasiyası tələbələrin ehtiyacları üçün məqalə yazılması və redaktəsi üçün Hindistan, Braziliya və Avropada professorların axtarışı ilə məşğuldur.



Baxış sayı: 1806

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 May 2024

08 05 2024