12px13px15px17px
Tarix:22/06/13

“İRƏLİ” “Virtual Səyahət” layihəsini təqdim edir


“İRƏLİ” Xarici Dillər Mərkəzi “Virtual Səyahət” layihəsinə start verir.   “ICTnews” elektron xəbər xidmətinə “İRƏLİ” İctimai Birliyindən verilən məlumata görə, layihənin əsas məqsədi gənclərə xarici ölkələr haqqında məlumat verib dünyagörüşünü artırmaq və virtual olaraq müəyyən ölkənin tarixi abidələri və görməli yerləri ilə tanış etməkdir:

“Layihə zamanı iştirakçılara İspaniya, İtaliya, Yunanıstan, Fransa, Almaniya, Hindistan, Yaponiya, İngiltərə, Braziliya və Amerika Birləşmiş Ştatları kimi ölkələrin dili, tarixi, mədəniyyəti  və xalqı haqqında ətraflı məlumat veriləcək. Bunlarla bərabər təqdimatı keçirilən ölkəyə aid maraqlı faktlar araşdırılıb layihə iştirakçılarının nəzərinə çatdırılacaq”.


Qeyd edək ki, layihədə iştirak etmək istəyən hər bir kəs iyunun 25-ə qədər www.ireli.az saytında yerləşdirilən online ərizə formasını dolduraraq müraciət edə bilər.


CAHANGİR



Baxış sayı: 750

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024