12px13px15px17px
Tarix:24/06/13

Daha sürətli Wi-Fi standartı yaradılıb

"Wi-Fi Alliance" konsorsiumu məhsulların "Wi-Fi 802.11ac" simsiz rabitə standartına uyğun sertifikatlaşdırılmasına başlanıldığını elan edib. Bu isə o deməkdir ki, yeni standart tam təsdiqlənib və kommersiya bazarına çıxışa hazırdır. Bu barədə "Cnews" yazır.  

 

Yeni standart "Wi-Fi" texnologiyasının məntiqi davamdır və məlumatların simsiz ötürülməsinə artmaqda olan tələbata cavab verməlidir. "Wi-Fi 802.11ac" yaşayış yerini tam əhatə etməklə məlumatları 1,3 giqabit/saniyə sürəti ilə ötürməyə imkan verir ki, bu da "Wi-Fi 802.11n" standartı ilə müqayisədə təxminən 2 dəfə çoxdur. Bu, "HD" formatlı filmləri 4 saniyədən də az vaxtda ötürməyə şərait yaradacaq.

 

Həmçinin yeni standartda 80 MHz və 160 MHz kanallarından 5 QHz diapazonunda istifadə etmək təklif edilib. 802.11ac qurğularının əksəriyyətinin "802.11n" standartının istifadə etdiyi 2,4 QHz dəstəkləyən ikidiapazonlu olacağı gözlənilir.  

 

Konsorsium nümayəndələri "802.11ac" sertifikatlı ilk qurğuların yaxın vaxtlarda satışa çıxarılacağını planlaşdırırlar.   





Baxış sayı: 662

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024