12px13px15px17px
Tarix:06/07/13

“.az” domen zonasında qeydiyyatdan keçmiş domen adlarının sayı 18 mini ötüb


Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) qeydiyyatdan keçən domenlərin sayı artmağa davam edir.

“İCTnews” elektron xəbər xidməti “Whois.az” saytına istinadən xəbər verir ki, 6 iyul vəziyyətinə əsasən, “.az” domen zonasında artıq 18012 domen adı qeydiyyatdan keçib.

Domenlərin böyük əksəriyyəti “.az” (16802) domeninin payına düşür. Həmçinin 707 ədəd “.com.az” domeni qeydiyyatdan keçib.
Sonrakı yerlər aşağıdakı kimidir:

  1. .pro.az                1
  2. .name.az             3
  3. .biz.az                 11
  4. .info.az               23
  5. .co.az                  39
  6. .pp.az                  39
  7. .int.az                 42
  8. .net.az                 59
  9. .org.az                99
  10. .edu.az               170
İlin əvvəlindən ləğv olunan domenlərin sayı 1536, qeydiyyata düşən domenlərin sayı isə 3209 təşkil edir.
“.mil.az”, “.samux.az”, “.zaqatala.az”, “.ganja.az”, “.shamaxi.az” və “.imishli.az” zonalarının hər birində isə cəmi 1 domen adı qeydiyyatdan keçib.

Məlumat üçün bildirək ki, internetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (Internet Corporation For Assigned Names and Numbers, ICANN) 1993-cü il avqustın 25-də “.az” domen zonasının Azərbaycan dövlətinə verilməsi haqqında qərar qəbul edib.
 
Emil Hüseynov
 



Baxış sayı: 824

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024