12px13px15px17px
Tarix:08/07/13

“Razer Blade 14”: bahalı, çox güclü oyun noutbuku

Klaviatura, “maus” və başqa periferiya qurğuları istehsal edən “Razer” şirkəti bu yaxınlarda öz noutbukunu istehsal edib. Sözügedən istehsalçı iyunun əvvəlində “Computex 2013” sərgisində qeymerləri güclü 14 düymlük noutbukla sevindirib və bu günlərdə o, satışa çıxarılıb.

Qeyd edək ki, sözügedən aparat ultrabukların əksəriyyətindən daha yığcamdır: onun qalınlığı 16,8 millimetr, çəkisi isə 1,88 kiloqram təşkil edir.

“Windows 8” əməliyyat sistemi (ƏS) ilə işləyən “Razer Blade 14” dördüncü nəsil dördnüvəli “Intel Core i7” (Haswell) prosessoru və "NVIDIA GeForce GTX 765M” qrafikası  (2 QB yaddaş) ilə təchiz edilib.

Ultrabuk 1600x900 təsvir ölçülü 14 düymlük ekran, 8 QB “DDR3-1600” tipli yaddaş, SSD yığıcı (128-512 QB) və 70 Vatt/saat tutumunda  litium-polimer batareya ilə təchiz edilib. Noutbukun yan hissələrində üç “USB 3.0” portu mövcuddur. Həmçinin “HDMI 1.4a” interfeysi, “Bluetooth 4.0” və “Wi-Fi” (802.11a/b/g/n) modulları, videoçat üçün 1,3 meqapiksellik kamera mövcuddur.

“SD” kartlar üçün slot, həmçinin “Ethernet” portu və optik qurğu mövcud deyil.

“CNET”-in əməkdaşı Skott Şteyn yeniliyin əsas çatışmazlığının onun ekranı ilə bağlı olduğunu deyib. Belə ki, aparatın ekranının təsvir ölçüsü 1600x900 piksel təşkil edir. Bu isə onun qiymətinə (1800 dollar) uyğun gəlmir. Bundan başqa, əsas konfiqurasiyada cəmisi 128 QB həcmində fləş-yaddaş əlçatandır. 15,4 düymlük “MacBook Pro” noutbukunun qiyməti 2200 dollardan yuxarı olsa da, lakin o, “Retina” ekran (2800x1800 nöqtə) və iki dəfə tutumlu yığıcı ilə təchiz edilib. Lakin “Apple”-ın leptopunda qrafika 1 QB təşkil edir. 256 QB həcmində disklə təchiz edilmiş “Razer” noutbukunun qiyməti 2 min dollar, 512 QB-la olan modelin qiyməti isə 2300 dollar təşkil edəcək.

“Razer Blade 14” noutbuku oyunlar üçün nəzərdə tutulub və işinin öhdəsindən çox yaxşı gəlir. Şteyndə “Bioshock Infinite” oyununda  yüksək sazlamalar zamanı saniyədə 36, orta sazlamalarda isə 62 kadr göstərilib. Onun keçirdiyi  sınaqlarda noutbuk 7 saat 46 dəqiqə müddətində avtonom işləyib.
 
Üstünlükləri:
  • Güclü aparat içliyi
  • Uzunmüddətli avtonom iş rejimi
  • Nəfis dizayn
Çatışmazlıqları:
  • SSD yığıcının həcminin az olması
  • Güclü isinə bilər
  • Ethernet portun olmaması
  • Ekranın təsvir ölçüsünün az olması
 
Emil Hüseynov
 
 



Baxış sayı: 512

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






31 Mart 2020

30 03 2020

30/03/20
“Samsung” uzun müddət avtonom işləyən ucuz “Galaxy M11” smartfonunu təqdim edib

“Samsung” şirkəti öz rəsmi saytında “Galaxy M11” smartfonunu təqdim edib. Smartfonun əsas xüsusiyyətləri 

30/03/20
Bərpa olunan enerji planetə mənfi təsir göstərir

Bərpa olunan enerji mənbələrindən təmiz enerjiyə keçid zərərli tullantıların azaldılması və planetdə həya

30/03/20
“Apple” prosessorlu ilk noutbuklar 2021-ci ildə buraxılacaq

“Apple” şirkəti 2021-ci ildə noutbuk və masaüstü kompüterləri öz istehsalı olan “ARM” arxitekturalı

30/03/20
“Samsung Galaxy Chromebook” noutbuku nə vaxt satışa çıxarılacaq?

“Samsung” şirkətinin premium “Galaxy Chromebook” noutbukunun rəsmi satışa çıxarılma tarixi məlum olub. 

30/03/20
Çinin texnoloji nəhəngləri “bulud” oyun platformasının yaradılması üçün səyləri birləşdirib

Çinin iki nəhəng texnoloji şirkəti – “Huawei Technologies” və “Tencent Holdings” mobil əyləncə

30/03/20
Bu şirkət mobil prosessor bazarında öz mövqeyini möhkəmləndirib

Prosessor smartfonun “ürəyi” hesab edilir, digər bütün komponentlərin işləməsi ondan asılıdır. 

30/03/20
“Huawei” yeni texnologiyaların tədqiqatına rekord məbləğ yatırır

Karantin rejimi tətbiq edildikdən sonra Çinin böyük şirkətləri işlərini dayandırmaq məcburiyyətində qalıb

30/03/20
“Dyson” ağciyərin süni ventilyasiyası üçün aparatların istehsalına başlayacaq

Tozsoran istehsalçısı kimi tanınan Böyük Britaniyanın “Dyson” texniki şirkəti yeni növ koronavirus (COVID

30/03/20
Kompüterin köməyilə beyin siqnallarını oxumaq üçün yeni metod hazırlanıb

Beynəlxalq alimlər qrupu beyin neyronlarından gələn siqnalları silisium çipinə ötürməyə müvəffəq olublar.