12px13px15px17px
Tarix:04/09/13

Azərbaycan KİV-i BTİ-nin mətbuat konfransında iştirak etməyə dəvət olunub


Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Azərbaycan və digər MDB ölkələrinin jurnalistlərini informasiya texnologiyaları sahəsində müşahidə olunan və perspektivdə nəzərdə tutulan tendensiyalar haqda ilkin mənbədən məlumat əldə etməyə dəvət edir.

İTU-dan verilən məlumata əsasən, hazırda qurum “İnformasiya cəmiyyətinin ölçüləri 2013” adlı illik statistik toplusunun nəşrini hazırlayır. Toplu ilk növbədə kütləvi informasiya vasitələrinə təqdim edilir və bu il həmişə olduğu kimi, onun nəşri ilə bağlı mətbuat konfransı keçiriləcək.

İTU-nun MDB üzrə rəsmi ofisi Moskvada yerləşdiyinə görə ötən iki il ərzində mətbuat konfranslarında yalnız Rusiya mətbuatının nümayəndələri iştirak edib, bu il isə videokonfrans rabitəsi vasitəsilə mətbuat konfransında bütün MDB ölkələrinin KİV-nin nümayəndələri iştirak edə bilərlər.

Onlar artıq İKT-nin MDB və bütün dünyada inkişafı, ölkələrinin və daxil olduqları regionun beynəlxalq reytinqlərdə hansı yeri tutduqlarını, bu sahədə hansı səylərin göstərildiyi haqda, bir sıra göstəricilər üzrə ölkələrin reytinqləri haqda məlumatları ilkin mənbədən ala biləcəklər.

Mətbuat konfransı təqdimat şəklində pp formatında keçiriləcək, sonra isə sual-cavab sessiyası başlayacaq və jurnalistlər onları maraqlandıran suallara cavab ala biləcəklər. Mətbuat konfransının oktyabrın 7-də keçirilməsi nəzərdə tutulur.

Aynur Vəliyeva
 
 



Baxış sayı: 672

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024