12px13px15px17px
Tarix:19/09/13

“İKT ili” ərzində 160 Azərbaycan vətəndaşı internetdən istifadə edərək özünə iş yeri tapıb

2013-cü il “İKT ili” ərzində 160 Azərbaycan vətəndaşı internetdən istifadə edərək özünə iş yeri tapıb.
 
Dövlət Məşğulluq Xidmətindən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, xidmət tərəfindən reallaşdırılan “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi çərçivəsində iştirakçıların 86%-dən çoxu keçirilən təlimlərdən bəhrələnərək, yeni metodlardan  - İKT-dən istifadə etməklə  özlərinə iş tapıblar.
 
Layihənin miqyasının artırılması, təkcə Bakı şəhərində yaşayan işsiz gənclərin deyil, eyni zamanda paytaxta yaxın şəhərlərin və bölgələrin işsiz sakinlərinin da bu imkandan yararlanması üçün addımlar atılıb.
 
 Artıq Sumqayıt və Gəncədə də regionlar arasında məşğulluqla bağlı şəbəkələşmənin daha da gücləndirilməsi planlaşdırılır və onların müasir dövrün tələblərindən olan informasiya - kommunikasiya texnologiyalarından yararlanmaqla iş tapmaları üçün təlimlər keçiriləcək.
 
 
SEYMUR



Baxış sayı: 806

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024