12px13px15px17px
Tarix:04/10/13

“Vikipediya” real dünyanın “3D” modelinə çevrilir


“Google Küçə Görüntüsü” (Street View) ilə dünyanın virtual xəritəsinin yaradılmasında çox işlər görür. Bəs əgər kompüter proqramı bütün bunları avtomatik olaraq edərsə necə? Artıq belə bir şey mümkündür. Ehtiyac duyulan isə “Vikipediya” və “Google” şəkilləridir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) dəstəyi ilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən icra edilən “VikiHərəkat” çərçivəsində “http://viki.agta.az/” saytı qeyd edir ki, “İntel” laboratoriyasında Braian Rassl və Sietldəki Vaşinqton Universitetinin bir sıra başqa tələbələri tərəfindən təkmilləşdirilən proqram çox sadədir. Burada insanlar şəkilləri müxtəlif formalarda, obyektlərin daxilində, rəsm əsərlərində və s. müxtəlif aspektlərdən görməklə “3D” səyahət etmiş olacaqlar:
http://www.youtube.com/watch?v=HpJ9NXQB2vA
 
Daha sonra proqram “Vikipediya”dan səyahət edərək hər kiçik detalı və adları qeydə alır. Nəhayət, mətn daxilindəki xırdalıqlar, hissələr və onların hara, nəyə aid olduqları sağ tərəfdəki “3D” görüntülü şəkildə göstərilir.
 
Bu, “Vikipediya”dan istifadə edən insanların məlumat almaq istədikləri şeylər barədə daha geniş təsəvvür əldə etməsinə imkan yaradır. Proqram “Vikipediya”da istənilən şey haqqında oxuyarkən insanlara bələdçilik edəcək. Əməliyyatın məntiqi budur ki, əgər hər hansı bir şey vacibdirsə, internetdə onun haqqında şəkillər və şəkilləri izah edən mətnlər olmalıdır. Hələlik proqram tam virtual təqdimatlarını Vatikandakı “Sistin Məbədi” kimi çox məşhur və yaxşı sənədləşdirilmiş tikililər üçün tərtib edir.
“http://www.youtube.com/watch?feature=player_embedded&v=MtvRCpNvDoc
 

Həqiqət İSABALAYEVA



Baxış sayı: 413

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






12 Noyabr 2019

11 11 2019