12px13px15px17px
Tarix:04/10/13

Elektron Təhlükəsizlik Mərkəzinin ştat cədvəli təsdiqlənib


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində Elektron Təhlükəsizlik Mərkəzinin ştat cədvəli təsdiqlənib.

Mərkəzin rəhbəri Faiq Fərmanovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən,  mərkəzin isçilərinin sayı 18 nəfər olacaq.

“Hazırda biz Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyətinin təşkili ilə məşğuluq. Belə ki, mərkəzin artıq rəsmi saytı üzərində işlər başa çatır, bununla yanaşı, mərkəzin "qaynar xətt"inin yaradılması istiqamətində işlər aparılır. Mərkəzin fəaliyyətinin təşkili üçün tələb olunan informasiya təhlükəsizliyini təmin edən proqram təminatlarının və avadanlıqlarının alınması ilə bağlı dünyanın aparıcı istehsalçı və təchizatçı şirkətləri ilə danışıqlar davam edir",- deyə o bildirib.

İlkin mərhələdə mərkəz informasiya infrastrukturu subyektlərinin intellektual potensialını artırmaq məqsədi ilə maarifləndirmə işinin təşkilini, müvafiq saytın, bukletlərin və digər məlumat daşıyıcılarının tərtib edilməsini nəzərdə tutub.
 
Mərkəzin məqsədi kiberhücumların və təhlükələrin mənbəyinin müəyyən edilməsi üzrə monitorinq sisteminin yaradılmasıdır.


Aynur Vəliyeva
 



Baxış sayı: 672

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Sentyabr 2019

15 09 2019