12px13px15px17px
Tarix:05/10/13

“Vikipediya”nın Azərbaycan bölməsinin inkişafına hər kəs öz köməyini göstərməlidir

Əvvəlki illərdə AMEA İnformasiya Texnologiyaları İnstitutu virtual məkanda vəziyyət və viki-texnologiyanın informasiya axtarışında rolunu analiz edərək belə bir qənaətə gəlmişdi: bu sahədə viki-mühit yetərincə deyil, mövcud kontentlər aşağı keyfiyyətli, bəzi hallarda isə həqiqətə uyğun deyil. Azərbaycan haqda obyektiv, operativ, dolğun informasiya, audio-materialların “Vikipediya” ensiklopediyasına daxil edilməsinin dövrün tələbi olmasına diqqət çəkən institutun mütəxəssisləri vəziyyətdən çıxış yolu ola biləcək təklifləri də irəli sürmüşdülər. Təkliflərə görə, respublikanın dövlət qurumlarında, kitabxanalarda, universitetlərdə, elmi tədqiqat institutlarında və digər təşkilatlarda Azərbaycan xalqının milli-mənəvi dəyərləri, tarixi həqiqətləri, tanınmış şəxsləri haqqında müxtəlif dəyərli məlumatlar saxlanılır ki, bu kontentlərin “Vikipediya” ensiklopediyasına daxil edilməsi, bu işə isə alim, ziyalı və müxtəlif sahələr üzrə mütəxəssislərin cəlb edilməsi Azərbaycanın dünyada daha yaxından tanınmasına şərait yarada bilər. Beləliklə, “Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na “Azərbaycana dair kontentin və “Vikipediya” kimi qlobal informasiya resurslarında Azərbaycan Respublikası ilə əlaqədar məlumatların inkişaf etdirilməsi” bəndi də daxil edilir. “Vikipediya”da Azərbaycan kontentinin artırılması üçün Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) ilə birgə araşdırmalar aparan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) dəstəyi ilə hazırda ölkədə “VikiHərəkat” başlayıb. Bu layihə çərçivəsində “Vikipediyaçının masaüstü kitabçası” çap edilib.
 
Azərbaycandilli “Vikipediya”nın “ömür yolu”
 
Azərbaycanca “Vikipediya” – “Vikipediya”nın Azərbaycan dilində olan bölməsidir. 2004-cü ilin yanvarından “az.wikipedia.org” ünvanında Azərbaycan dilində “Vikipediya” fəaliyyətə başlayıb. Buna Azərbaycanın açıq onlayn ensiklopediyası kimi də baxmaq olar. Azərbaycan “Vikipediya”sındakı məqalələrin sayı dayanmadan artmaqdadır. Bununla belə qeyd etmək lazımdır ki, hazırda saytda çoxlu qrammatik və sintaktik səhvlərə, qaralama halında olan məqalələrə rast gəlmək mümkündür. Bu problemi də istifadəçilər yalnız birlikdə həll edə bilər. Azərbaycanca “Vikipediya” yarandığı tarixdən bu günə qədər yaxşı inkişaf yolu keçib. Məsələn, 2004-cü ilin sonu məqalələrin sayı 25-i, 2005-ci ilin sonu 400-ü, 2006-cı ilin sonu 980-i, 2007-ci il 28 iyunda 7.000-i, 2007-ci il 22 iyulda 10.000-i keçib. 2007-ci ilin sonunda isə artıq 11.000-ə çatıb. 2008-ci il 29 iyulda isə 19 000-i keçib. Azərbaycanca “Vikipediya” bütün vikipediyaların siyahısında 57-ci sıraya yüksəlib və s. Nəhayət, 2013-cü ilin 11 sentyabrında “Vikipediya”da redaktələrin sayı 2.866.567, məqalələrin sayı 96.235 olur. “AzViki” bütün vikipediyaların siyahısında isə 48-ci sırada yer alır.
Qeydiyyatdan keçən və fəaliyyət göstərən istifadəçilərin sayında ciddi təzad
 
 
Yarandığı tarixdən 11 sentyabr 2013-cü il tarixinə qədər “Vikipediya”nın Azərbaycan bölməsində 62 mindən çox istifadəçi qeydiyyatdan keçib. Amma onlardan cəmi 350 nəfəri son 30 gün ərzində fəaldır. İstifadəçilərdən ikisi bürokrat olmaqla, 15 nəfəri idarəçi statusuna malikdir. Göründüyü kimi, qeydiyyatdan keçən və fəaliyyət göstərən istifadəçilər arasındakı fərq çox böyükdür. Ümumiyyətlə, cəmiyyətin inkişafı yazılı ədəbi dilin meydanını da genişləndirir. Dövrümüzdə virtual aləm də məhz belə bir meydandır. Bu qəbildən olan və geniş internet istifadəçi kütləsini özünə cəlb edən “Vikipediya”nın dil bölmələrinin yaradılmasında hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən dil məsələsi hər zaman birinci sırada dayanır. Kimliyindən, dinindən və dilindən asılı olmayaraq, hər kəsə redaktə etmək imkanı verən “Vikipediya” layihələri bütün dillərin qorunmasına, inkişafına, daha da zənginləşməsinə qayğı ilə yanaşır.
 
Dilimizin qorunması və inkişafında “Vikipediya”nın rolu ənənə halını alır
 
Azərbaycan dilinin qorunması və onun inkişafında “Vikipediya”nın rolu artıq ənənə halını alıb. Respublikamızda son dövrlər müxtəlif mövzular üzrə Kütləvi İnformasiya Vasitələrinin Azərbaycanca “Vikipediya”ya tez-tez müraciət etməsi buna əyani nümunədir. Dünya dillərindən hər hansı bir sahəyə, istər klassik, istərsə də müasir mövzuların tərcüməçilər tərəfindən tərcümə edilərək, azərbaycanca “Vikipediya” bölməsinə daxil edilməsi uğurla yerinə yetirilir. Amma bu tərcümələr zamanı dilimizin inkişafına xüsusi diqqət yetirilməlidir. Tərcümə zamanı sözlərin qrammatik və orfoqrafik cəhətdən düzgün olması, yeni sözlərin əmələ gəlməsi və istifadə edilməsi əsas şərtlərdən biridir. Çünki təhsil sistemində çalışanlar - şagirdlər, tələbələr, müəllimlər, istərsə də elmi işçilər hər hansı axtarış zamanı ilk növbədə digər dillərdə deyil, məhz Azərbaycan dilində axtarışlara başlayır. Axtarış zamanı isə Azərbaycanca “Vikipediya” bölməsinə yönləndirmə birinci sırada durur. Müraciət zamanı dolğun, obyektiv məlumatların əldə edilməsi üçün könüllülərin yaratdığı məqalələrin keyfiyyət və həcm göstəricilərinin yüksək olması əsas şərtlərdən biridir.
“Vikipediya” layihələrində hər bir dildən istifadə edənlərin sayına uyğun şəkildə məqalələrin sayı dayanmadan artır. Bu səbəbdən də təkcə Azərbaycanda yaşayan azərbaycanlıların deyil, dünya azərbaycanlılarının birləşdiyi bir məkanın –“Vikipediya”nın azərbaycanca “Vikipediya” bölməsinin inkişafına hər kəs öz köməkliyini göstərməlidir.
 
“Vikipediya”da ərəb dili müəmması
 
“Vikipediya”nın Azərbaycan bölməsinə daxil olan və fəaliyyətə yeni başlayan istifadəçilər müxtəlif viki-səhifələrdə ərəb qrafikası ilə yazılmış yazılarla rastlaşanda təəccüblənir və bu yazılarla əlaqəli onların qarşısında bir neçə sual dayanır. Ən əsas isə “Bu nədir?”, “Bu nə üçün lazımdır?” sualları ətrafında fikirlər dolaşmağa başlayır. Məsələ ondadır ki, XX əsrdə Azərbaycanda 3 dəfə əlifba dəyişdirilib (ərəb-kiril-latın) və bu dilin daşıyıcılarının böyük əksəriyyəti (azərbaycanlıların üçdə ikisindən çoxu Cənubi Azərbaycanda yaşayır) yalnız ərəb qrafikasından istifadə qaydalarını bilir. Azərbaycanca “Vikipediya”nın bu dilin bütün daşıyıcıları üçün nəzərdə tutulduğunu nəzərə alaraq, onların da bu ensiklopediyadan daha rahat istifadə etməsi üçün hazırda ensiklopediya iki qrafika (xətt, yazı qrafikası) üzrə fəaliyyət göstərir.
 
Ensiklopediyanın 3 qrafika üzrə fəaliyyət imkanları araşdırılır
 
Sistemin daha mütəşəkkil, həmçinin 3 qrafikalı (kiril də daxil) olması yolları da araşdırılır. Bütün bu məsələlərlə əlaqədar müxtəlif vaxtlarda gərgin müzakirələr aparılıb, amma məsələ bu gün də həll edilməmiş və açıq şəkildə qalır. Ərəb qrafikası ilə oxuyan və yazan istifadəçilərin sayca çox olması səbəbindən ərəb qrafikalı Azərbaycan əlifbası ilə yazılmış məqalələr azərbaycanca “Vikipediya”da çoxalmaqda davam edir. Hazırda ərəb əlifbası ilə Azərbaycan dili dünyanın heç bir ölkəsində tədris olunmur. Elə bu səbəbdən də ərəb əlifbalı bölüm zəif inkişaf edir və yaradılan məqalələrin də dili qrammatik tələblərə cavab vermir. Ümumi qaydanın olmaması səbəbindən istifadəçilər necə istəyirsə, elə də yazır. Hal-hazırda ərəb qrafikası ilə yazılmış məqalələrin sayı 13 000-ə yaxındır.
 
Bu gün də səhvlərlə zəngin, yarı Azərbaycan, yarı türk dilində olan məqalələrə rast gəlmək mümkündür
 
Bəs cəmiyyətimizdə virtual ensiklopediyaya maraq necədir? 2004-cü ilin əvvəllərindən “az.wikipedia.org” ünvanında Azərbaycan dilində “Vikipediya” fəaliyyətə başladığı gündən bu günə qədər bir çox mübahisəli məsələlərlə üzləşilib. Fəaliyyətə başladığı ilk dövrlərdə azərbaycanlı istifadəçilərin zəif və ya tam qeyri-fəal olması səbəbindən “Vikipediya”nın türk bölməsindən (Türkcə “Vikipediya”dan) olan türkiyəli istifadəçilər tərəfindən idarə edilir və az qala türkcə “Vikipediya”nın bir bölməsinə çevrilib. Məqalələr türk dilinin qayda-qanunlarına uyğun yaradılırdı. Bir xeyli müddət keçdikdən sonra azərbaycanlı istifadəçilərin fəallığının artması nəticəsində məqalələrdə olan qrammatik səhvlərin çox hissəsi aradan qaldırıldı. Azərbaycan dilini tam bilməyən, orfoqrafik və qrammatik səhvlər edən istifadəçilərə xəbərdarlıq edilərək, Azərbaycan dilinin qaydalarına əməl etmələri tövsiyə edilib. Xəbərdarlıqlara əməl etməyən istifadəçilərin fəaliyyəti texniki baxımdan məhdudlaşdırılıb. Xeyli müddət keçməsinə, məqalələrdə düzəlişlərin edilməsinə baxmayaraq, bu gün də qrammatik və orfoqrafik səhvlərlə zəngin və həmçinin yarı Azərbaycan, yarı türk dilində olan məqalələrə rast gəlmək mümkündür.
 
“Vikipediya”da zəif fəaliyyət üzündən ermənilər Azərbaycana aid bütün məqalələri nəzarət altında saxlayır
 
Düzdür, hər bir Azərbaycan vətəndaşı üçün milli azad ensiklopediya hesab edilən azərbaycanca “Vikipediya” bu gün “Azərbaycan”, “Coğrafiya”,”Tarix”, “Fəlsəfə”, “Ədəbiyyat”, “Memarlıq”, “Tibb”, “Kino”, “Rəssamlıq” və digər portallarda cəmlənmiş məqalələrlə öz neytrallığı, düzgünlüyü, keyfiyyətliliyi, prinsipiallığı və ciddiliyi ilə artıq güclü nüfuza malikdir. Amma azərbaycanca “Vikipediya”da həll edilməli kifayət qədər problemlər var. “Vikipediya” haqda məlumatın yox dərəcəsində olması səbəbindən qeydiyyatdan keçmiş istifadəçilərin bir hissəsi “Viki” texnologiya ilə işləməyi bacarmır, redaktə qaydaları haqqında heç bir anlayışı yoxdur. Bu cür istifadəçilər qeydiyyatdan keçdikdən sonra qeyri-aktiv olurlar. İstifadəçilərin bir hissəsi isə “Viki” texnologiya ilə işləməyi bacarır, ancaq “Vikipediya”nın qayda-qanunları ilə razılaşmır. Ukrayna, rus, ingilis, fransız, alman dillərində olan “Vikipediya” bölmələrində azərbaycanlı istifadəçilərin fəaliyyətinin zəif olması üzündən erməni və ermənipərəst istifadəçilər Azərbaycana aid bütün məqalələri nəzarət altında saxlayır, qərəzli və saxta məlumatların saxlanmasına və dezinformasiyanın təbliğinə nail olurlar.
 
“İKT ili”nin sonunda azərbaycanca “Vikipediya”da məqalələrin sayı 100.000-i keçəcək
 
Ümumiyyətlə, bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən həyata keçirilən layihənin də məqsədi məhz “viki-aləm”də azərbaycanlı istifadəçilərin fəallığının artırılmasıdır. Belə ki, 2004-cü ili cəmi 25 məqalə ilə başa vuran azərbaycanca “Vikipediya”da 2013-cü ilin III rübündə artıq 100.000-ə yaxın məqalə yaradılıb. Güman edilir ki, “İKT ili”nin sonunda məqalələrin sayı 100.000-i keçəcək. “Vikipediya”nın Azərbaycan bölməsinin bu cür inkişafı “Vikipediya” açıq ensiklopediyası ətrafında cəmiyyətdə artıq müsbət təsəvvürün yaranmasından xəbər verir.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 667

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






14 Noyabr 2018

13 11 2018

13/11/18
Superkompüterlərin yeni reytinqi dərc edilib

Bir neçə gün əvvəl dünyada ən məhsuldar superkompüterlərin yeni reytinqi dərc edilib

13/11/18
Göz hərəkəti ilə idarə edilən televizor hazırlanacaq

“Samsung” şirkətinin “Ponty” layihəsi yeni televizor sahiblərinə onların işini beyin vasitəsilə idarə etməyə imkan verəcək

13/11/18
Ölkələr kibercinayətkarlığa qarşı birgə mübarizə aparacaqlar

Əllidən çox dövlətin və 150-dən çox texnoloji şirkətin nümayəndələri kiberməkanda cinayətkarlığa

13/11/18
Otağın həddindən çox isinməsinin qarşısını alan nazik plyonka hazırlanıb

ABŞ-da kondisionerlər təxminən 6% elektrik enerjisi sərf edir

13/11/18
Alimlər: “Smartfonlar ekologiyaya böyük ziyan vurur”

Kanadanın Makmaster Universitetinin mütəxəssisləri smartfonların istehsalı zamanı əmələ gələn zərərli tullantılar

13/11/18
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Bərdədə vətəndaşlarla görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 16.11.2018-ci il tarixində 

13/11/18
“Twitter” istifadəçilərə mesajları redaktə etməyə imkan verəcək

“Twitter” sosial şəbəkəsi istifadəçilərə dərc edilmiş mesajları redaktə etməyə imkan verəcək

13/11/18
“Intel” şirkəti “iPhone” modellərində quraşdırılacaq “5G” modemini təqdim edib

“Intel” şirkəti gələcək “iPhone” modellərində quraşdırılacaq beşinci nəsil mobil rabitə standartını (5G) dəstəkləyən “XM