12px13px15px17px
Tarix:12/10/13

Runetin istifadəçilərinin təxminən 59%-i gündəlik mobil internetdən istifadə edir

“NewMR” və “Online Market Intelligence (OMI)” şirkətlərinin birgə araşdırmasına əsasən, gündəlik mobil internetdən istifadə edən rusiyalı istifadəçilərin payı 2013-cü ilin qış ayları ilə müqayisədə yayda 3% artaraq 59% olub.

“ICTnews” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, Rusiyanın mobil internet istifadəçiləri əksər hallarda “Android” əməliyyat sistemli mobil qurğulara üstünlük verirlər. Araşdırmaya əsasən, hazırda runetin mobil internetdən istifadə edən hər üç istifadəçisindən ikisi  “Android” platforması ilə işləyən smartfondan istifadə edir.

Araşdırmada ayda ən azı bir dəfə mobil internetdən istifadə edən  5 mindən çox mobil qurğu (smartfon, planşet kompüteri) sahibləri iştirak ediblər.

Emil Hüseynov
 



Baxış sayı: 670

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024