12px13px15px17px
Tarix:17/10/13

İnformasiyanın simsiz şəbəkələrdə ötürülməsi üzrə rekord təyin edilib

Almaniyanın Karlsruen Texnologiya Universitetinin alimləri informasiyanın simsiz şəbəkələrdə ötürülməsi üzrə yeni dünya rekordu təyin ediblər. Onlar təkmilləşdirilmiş texnologiyanın köməkliyi ilə verilənlər paketini saniyədə 100 qiqabit sürətlə ötürməyə müvəffəq olublar. Bu sürət bir qurğudan "Blu-ray" və ya 5 DVD diskin tərkibini başqa qurğuya 2 saniyə ərzində göndərmək üçün kifayətdir.

“ICTnews” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, sözügedən nailiyyət sayəsində yüksəksürətli internet ucqar regionlarda əlçatan olacaq və fiber-optik şəbəkələrin quraşdırılmasına sərf olunan xərclər azalacaq. Qeyd edim ki, yeni sınaq çərçivəsində məlumatlar cəmisi 20 metr məsafədə ötürülüb.

Emil Hüseynov



Baxış sayı: 926

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024