12px13px15px17px
Tarix:18/10/13

Belçikanın “Belgacom” operatoruna ikinci dəfə casus hücumu edilib


Belçikanın telekommunikasiya operatoru "Belgacom"un beynəlxalq altbölməsi olan "BICS"-ə edilən daha bir haker hücumu faktını araşdırır. 
"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, şirkətin daxili şəbəkələrində haker aktivliyi müşahidə olunub.

Operator eyni zamanda bildirib ki, hücumla bağlı məlumatlar Belçikanın hüquq-mühafizə orqanlarına ötürülüb.

Xatırladaq ki, Edvard Snouden "Der Spiegel" alman nəşrinə müsahibəsində bildirib ki, Britaniya kəşfiyyatı GCHQ "Belgacom" şəbəkələrinə hücumlardan birinin arxasında durub. Bu qurum eyni zamanda "Belgacom"un serverlərində casus proqram təminatı yerləşdirib.

Jurnal bildirib ki, britaniyalı kəşfiyyatçılar məqsədyönlü şəkildə, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin nümayəndələri tərəfindən hazırlanmış və "Quantum Insert" adı ilə tanınan hücum çərçivəsində, "Belgacom"un bir neçə əməkdaşının kompüterlərini virusa yoluxdurub. Hücumun son məqsədi, internetdə və mobil şəbəkələrdə ələ keçirilən trafiki təhlil etmək üçün, belçikalı operatorun əsas şəbəkə marşrutizatorlarına çıxış əldə etmək olub.

"Der Spiegel"in əldə etdiyi sənədlərə əsasən, britaniyalı kəşfiyyatçılar, Yəmən, Suriya və digər ölkələrin operatorlarına simli telefoniya xidmətlərinin topdansatışı ilə məşğul olan,   "Belgacom", "Swisscom" və Cənubi Afrikanın MTN şirkətlərinin birgə müəssisəsi – "BICS" şirkəti ilə maraqlanıblar.
 
"BICS"-nin trafikin ötürülməsi üçün nəzərdə tutulmuş bir sıra transkontinental internet kabellərə çıxışı olub.

Britaniyalı kəşfiyyatçıların məqsədi "Belgacom"un və "BİCS"-in VPN-infrastrukturunun detallı öyrənilməsi  və həmçinin "man-in-the-middle" tipli hücumların həyata keçirilməsi idi.

Aynur Vəliyeva
 



Baxış sayı: 355

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Fevral 2020

19 02 2020

19/02/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmənin təhlükəli olduğunu etiraf edib

“Microsoft” korporasiyası sistemdə problemlər yaradan “Windows 10” yeniləməsini geri çağırıb.

19/02/20
“Windows 7” istifadəçiləri kütləvi hücuma məruz qalıblar

Kibertəhlükəsizlik üzrə mütəxəssislər “Windows 7” sisteminin idarəetməsi altında işləyən sistemlərə qarşı

19/02/20
2 ildən sonra smartfonları enerji ilə doldurmağa ehtiyac qalmayacaq

Kvant nöqtələrinə malik plyonka əsasında işığın enerjiyə çevrilməsi üçün yeni texnologiya ilə təchiz

19/02/20
Dünya İKT bazarının həcmi 4,30 trilyon dollara çatacaq

“International Data Corporation” (IDC) şirkəti 2020-ci ildə dünya informasiya-kommunikasiya texnologiyala

19/02/20
“Microsoft” korporasiyası “Android” üçün “Office” çoxfunksiyalı proqramını təqdim edib

“Microsoft” korporasiyası bir neçə il mobil qurğuların istifadəçilərinə öz sənəd, cədvəl və təqdimatların

19/02/20
Dünyada ən yaxşı ekrana malik smartfon məlum olub

Displeylərin yoxlanılması ilə məşğul olan “DisplayMate” şirkətinin mütəxəssisləri “Samsung Galaxy S20 Ult

19/02/20
Yer üçün təhlükəli asteroidlərin axtarışı üçün mexanizm yaradılıb

Niderlandın tədqiqatçılar qrupu Yer kürəsi üçün təhlükə törədən asteroidlərin axtarışı ilə məşğul olan ne

19/02/20
Kütlədə insanların bədən temperaturunu ölçən robotlar hazırlanıb

Koronavirusla mübarizə çərçivəsində Çin mühəndisləri kütlə içində insanların yüksək bədən temper

19/02/20
Koronavirus “Apple” şirkətinə ziyan vurub

“Apple” şirkəti Çində yayılan ölümcül koronavirusla əlaqədar 2020-ci ildə rüblük gəlir göstəric