12px13px15px17px
Tarix:28/10/13

“Facebook” ənənəvi KİV-i sıxışdırır

“Facebook” kütləvi informasiya vasitəsinə çevrilməklə xəbər saytlarını sıxışdırır.
 Belə ki, “Pew Research Center” və “John S. and James L. Knight Foundation” şirkətlərinin birgə apardığı araşdırma müəyyən edib ki, sosial şəbəkələr, xüsusilə “Facebook” mətbuatı əvəzləməklə həqiqi kütləvi informasiya vasitəsinə çevrilir.  

ABŞ-ın 18 yaşından yuxarı 5173 sakini arasında sosial şəbəkələr haqqında geniş miqyasda aparılan ilk sorğu avqustun 21-dən sentyabrın 2-dək keçirilib. Yaşlı amerikalıların 3/1 hissəsi xəbərləri məhz “Facebook”dan alır ki, bu da sosial şəbəkədən istifadə edən yaşlı ABŞ sakinlərinin 47 faizi deməkdir.  
Bu, xüsusilə “Twitter” və “Facebook” şəbəkələrini ənənəvi informasiya kanallarından – televiziya və ya qəzetlərdən üstün tutan gənc insanlar üçün xarakterikdir.

Tədqiqat nümayəndələri müəyyən ediblər ki, rəyi soruşulan 18-24 yaşlı respondentlərin 34 faizi xəbərləri məhz sosial şəbəkələrdən əldə edir, halbuki 50-64 yaşlı insanlar arasında bu göstərici cəmi 10 faiz təşkil edir. “Facebook”dan ümumilikdə ABŞ-ın yaşlı (18 yaşından yuxarı) sakinlərinin 3/1 hissəsi istifadə edir.

Onların əksəriyyəti – 59 faizi hələ də internetə smartfon və ya planşetlər vasitəsilə deyil, stasionar kompüter və ya noutbuklarla daxil olurlar, - “1News www.1news.az” yazır.   







Baxış sayı: 651

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024