12px13px15px17px
Tarix:01/11/13

“Google” şirkəti yeni “Nexus 5” smartfonunu satışa buraxıb

ABŞ-ın “Google” şirkəti dünən yeni “Nexus 5” smartfonunun satışlarına başlayıb. Korporasiya yenilənmiş qurğunun köməyi ilə ilk növbədə Çin və Yaponiya bazarlarında “Apple” şirkəti ilə rəqabət aparmaq niyyətindədir.

“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, sözügedən smartfon ABŞ, Kanada, Avstraliya, Çin, Yaponiya və Qərbi Avropa ölkələri daxil olmaqla 10 ölkədə satışa çıxarılacaq. O, daha nazik və yüngül olub, 4,95 düym diaqonallı ekranla təchiz edilib.

Telefon “Qualcomm Snapdragon 800” prosessoru, 8 meqapiksellik kamera, 16 və 32 QB yaddaşla təchiz edilib. “Nexus 5” smartfonu LTE şəbəkələrini dəstəkləyir və “Android 4.4 KitKat” platformasında işləyir.
Qurğu ağ və qara rəngli korpuslarda tədarük olunur.

Standart modelin qiyməti 349 dollar təşkil edir.

"İnanılmaz qiymətə yüksək texnologiyalı smartfon təqdim edilib" –  “Google” şirkətində “Android” bölməsinin direktoru Sundar Piçai deyib. Onun sözlərinə görə, 2014-cü ildə şirkətin məqsədi sözügedən platformanın 1 milyard qurğuda aktivləşdirilməsidir.

Emil Hüseynov



Baxış sayı: 465

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 Aprel 2020

04/04/20
“Moto G8 Power Lite” smartfonu təqdim edilib

“Motorola” brendi öz smartfon çeşidinə “Moto G8 Power Lite” modelini əlavə edib.

03 04 2020

03/04/20
Analitiklər pandemiyanın İT bazarına təsirini qiymətləndiriblər

“IDC” analitik şirkətinin proqnozuna görə, 2020-ci ildə qlobal informasiya texnologiyaları bazarının həcm

03/04/20
“Xiaomi” şirkəti “Redmi 8A Pro” ucuz smartfonunu təqdim edib

Çinin “Xiaomi” şirkəti yeni “Redmi 8A Pro” ucuz smartfonunu təqdim edib. İndoneziyada təqdim edilmiş apar

03/04/20
Koronavirusa görə mobil əlavələr üçün xərclər iki dəfə artacaq

Koronavirusa görə izolyasiya fonunda mobil əlavələrin populyarlığının artması beş il ərzində proqramlarda

03/04/20
Smartfonun köməyilə sifətin 3D modelinin yaradılması üçün texnologiya təqdim olunub

Karneqi-Mellon Universitetinin mütəxəssisləri smartfonun köməyilə sifətin 3D modelinin yaradılması üçün t

03/04/20
İkiekranlı “Asus” oyun noutbuku təqdim olunub

“Asus” şirkəti iki ekranla təchiz edilən “ROG Zephyrus Duo 15” oyun noutbukunu nümayiş etdirib.

03/04/20
“Samsung” karantinə yerləşdirilən koronavirus xəstələrinə smartfonlar paylayır

Cənubi Koreyanın “Samsung” şirkəti koronavirus epidemiyası ilə mübarizəyə töhfə verməyə başlayaraq xəstə,

03/04/20
“NASA” koronavirusla mübarizə ilə məşğul olacaq

ABŞ Kosmik Agentliyi (NASA) bütün planeti bürüyən və on minlərlə insanın həyatına 

03/04/20
“Facebook” pulsuz qrup videoçat funksiyasına malik proqramını təqdim edib

“Facebook” şirkəti istifadəçilərə “Zoom” kommunikasiya xidmətinin analoqunu – “Messenger”in mas

03/04/20
“Cognitive Pilot” sürücüsüz avtomobillər üçün kiçik radar təqdim edib

“Cognitive Pilot” sürücüsüz avtomobillər üçün kiçik radar təqdim edib. Hərəkət radiusu 1