12px13px15px17px
Tarix:05/11/13

Məlumat-sorğu mərkəzi yeni xidmət növü təqdim edib


“118” Məlumat-sorğu mərkəzi Yönləndirilmiş (Outsourced) Telefon Mərkəzi xidmətini istifadəyə verib.
“118” xidmətindən verilən məlumata görə, mərkəzin təqdim etdiyi Yönləndirilmiş (Outsourced) Telefon Mərkəzi xidməti bu tipli mərkəz yaratmaq və ona nəzarət etmək imkanı olmayan korporativ müştərilər üçün nəzərdə tutulub.

Xidmətdən istifadə çox sadədir: “Şirkətinizə məxsus nömrənin dəyişməz qalması şərti ilə zəngləriniz “118” telefon mərkəzinə yönləndirilir və təqdim etdiyiniz məlumat bazasına əsasən peşəkar operatorlar tərəfindən cavablandırılır”.

Əlavə olaraq zənglərin mütəmadi hesabatı da korporativ müştəriyə təqdim olunur. Cavablandırılan zənglər sadəcə məlumat xarakteri daşımayaraq, həmçinin şirkətin xidmət sahəsinə uyğun sifarişlərin müvafiq proqram təminatı vasitəsilə qəbul olunmasına imkan verir.

CAHANGİR



Baxış sayı: 1268

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024