12px13px15px17px
Tarix:21/12/13

Boliviya ilk peykini buraxıb


Boliviya dekabrın 21-nə keçən gecə ilk peykini orbitə çıxarıb.
Peyk buraxılması Çinin cənub-qərbində yerləşən Ksiçan Kosmik Mərkəzindən həyata keçirilib. Çinin “Long March-3B” raketdaşıyıcısının orbitə çıxardığı peykin buraxılış mərasimində Boliviya prezidenti Evo Morales iştirak edib.  

Telekommunikasiya peyki XVI əsrdə İspaniya müstəmləkəçilərinə qarşı üsyana başçılıq edən hindi tayfalarının rəhbəri Tupak Katarinin şərəfinə adlandırılıb. Peyk Boliviya ərazisində istifadəçilərə peyk rabitəsi, peyk televiziya yayımı və internetə çıxış xidmətlərini təqdim edəcək.

Peykin 2014-cü ilin martında istismara verilməsi planlaşdırılır. Ekspertlərin qiymətləndirmələrinə görə, peykin buraxılması ölkəyə ildə 25 milyon dollara qənaət etməyə imkan verəcək. Peykin yaradılmasına ümumilikdə 300 milyon dollar vəsait xərclənib ki, bunun da 250 milyonu Çin tərəfindən kredit şərtləri əsasında verilib. Bundan başqa, peykin hazırlanması ilə Çin mütəxəssisləri də məşğul olub, - "Lenta www.lenta.ru” yazır.



Baxış sayı: 501

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Fevral 2020

17/02/20
Mürəkkəb yaraları sağaltmaq üçün “ağıllı” sarğı hazırlanıb

Konnektikut Universitetinin alimləri dərmanların birbaşa yaraya çatdırılması üçün simsiz işləyən

17/02/20
“Apple” növbəti nəsil “iPhone” smartfonlarını öz “5G” antena modulu ilə təchiz etmək niyyətindədir

Çoxsaylı şayiələrə görə, “Apple” cari ildə “Snapdragon X55” modemi əsasında işləyən və beşinci

17/02/20
Süni intellektə hərbi dronların idarə edilməsi öyrədiləcək

ABŞ-ın Buffalo Universitetinin tədqiqatçıları süni intellektə hərbi pilotsuz uçan aparatlar donanmasını i

17/02/20
“Chrome” brauzeri üçün 500-dən çox təhlükəli genişlənmə aşkar edilib

“Chrome” brauzeri üçün “Chrome Web Store”dən milyon dəfələrlə yüklənmiş 500-dən çox genişlə

17/02/20
Yeni bilərzik istifadəçinin ətrafındakı mikrofonların səsini batırır

Çikaqo Universitetinin alimləri istifadəçinin ətrafındakı mikrofonların səsini batıran yeni bilərzik

17/02/20
“Huawei” kommersiya sirlərinin oğurlanmasında ittiham edilir

ABŞ Ədliyyə Nazirliyi Çinin “Huawei” telekommunikasiya şirkətinə qarşı yeni ittihamlar irəli sürüb.

17/02/20
Yeni üztanıma sistemi 1 km-dək məsafəni dəstəkləyir

ABŞ Müdafiə Nazirliyinin sifarişi üzrə hazırlanmış yeni üztanıma sistemi 1 km-dək məsafəni dəstəkləyir

17/02/20
Britaniya “EuroHPC” layihəsini tərk edib

Böyük Britaniya müasir superkompüterlərin yaradılması üzrə “EuroHPC” Panavropa layihəsini tərk edib.

17/02/20
Lazerlər internetin sürətini min dəfə artıracaq

Lids və Nottingem universitetlərinin tədqiqatçıları teraherslik kvant kaskad lazerin idarə olunması sahəs

16 02 2020