12px13px15px17px
Tarix:27/12/13

Kibervalyutanı bu yolla məşhur edirlər

"Bitcoin Grant” şirkəti müxtəlif təşkilatlara “bitcoin”lərlə onlarla və yüz minlərlə dollara ekvivalent məbləğlərdə qrantlar paylayır.

“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, əvvəllər qrantlar fəaliyyətləri “bitcoin”lərlə bağlı olan şirkətlərə verilirdi. Bu kibervalyutanın əldə edilməsi üçün avadanlıq yaradan “Avalon” şirkətinə 10 min “bitcoin” ayrılıb və şirkət onları yeni nəsil “maynerlərin” istehsalına yönəldib.

Hazırda “Bitcoin Grant” açıq çıxış kodu ilə proqram təminatı yaradan qeyri-kommersiya təşkilatlarını maliyyələşdirir. Misal üçün şirkət, “Google Android”in alternativi kimi  təmənnasız paylanan “Replicant” əməliyyat sisteminin yaradıcılarına qrant ayırıb.

“Biz gündə etdiklərimizlə inandıqlarımızı birləşdirən daha mükəmməl reallıq yaratmaq istəyirik. Biz sizi məqsədlərinizə nail olmaqda maliyyə problemlərindən azad etmək istəyirik. Biz istəyirik ki, açıq çıxış kodlu proqram təminatları, hobbi yerinə, bizim can atdığımız əsas məqsəd olsun. Biz bu reallığı sizinlə birgə yaratmaq istəyirik”, - “Bitcoin Grant” saytında yazırlar.

Aynur Vəliyeva
 



Baxış sayı: 414

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Sentyabr 2020

19 09 2020

19/09/20
“Microsoft Edge”nin yeni funksiyası əməli yaddaşa və prosessora yüklənməni azaldır

Bir çox istifadəçilər brauzerində onlarla vərəq açmağa vərdiş ediblər 

19/09/20
ABŞ Ticarət Nazirliyi sentyabrın 20-dən “WeChat” və “TikTok”u qadağan edəcək

ABŞ Ticarət Nazirliyi sentyabrın 20-dən etibarən ölkə ərazisində Çinin “WeChat” və 

19/09/20
Dünyada ən kiçikölçülü ultrasəs detektoru hazırlanıb

Helmholtz Zentrum München və Münhen Texniki Universitetinin (TUM) tədqiqatçıları dünyada ən kiçikölçül&u