12px13px15px17px
Tarix:09/01/14

RİTN “Ölkə kodlu yüksəksəviyyəli domen adlarının qeydiyyatı və istifadəsi qaydaları”nı hazırlayıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən  “Ölkə kodlu yüksəksəviyyəli domen adlarının qeydiyyatı və istifadəsi qaydaları” hazırlanıb. Sözügedən qaydalar və razılaşdırılması üçün artıq Ədliyyə Nazirliyinə təqdim olunub.
 
Bu barədə “ICTnews” elektron xəbər xidmətinə RİTN-in İnformasiya cəmiyyətinin inkişafı şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, qaydalarda domen adlarının qeydiyyatı məsələləri, onların seçilməsi ilə bağlı şərtlər, qeydiyyata dair tələblər, qeydiyyatdan imtina edilməsi, domen adının yenidən qeydiyyatı, domen adından istifadəsinə dair məsələlər, həmçinin domen adlarının reyestrinin aparılması formaları öz əksini tapıb:
 
 “Burada əsas məsələlərdən biri də qeydiyyatın onlayn şəkildə aparılması ilə bağlıdır.  Məlumdur ki, bir müddət bundan əvvəl qeydiyyatın onlayn şəkildə aparılması sistemi istifadəyə verilmişdi. Bu qaydalarda da qeydiyyatın onlayn qaydada aparılması ilə bağlı proseslər tənzimlənir və hansı şəkildə ərizənin təqdim olunması, cavabların hansı şəkildə verilməsi və sair məsələlərə aydınlıq gətirilir. Buna qədər vətəndaşlar tərəfindən çoxlu şikayətlər olurdu ki, qeydiyyat üçün edilən müraciətlər və ümumilikdə qeydiyyat prosesi onlayn şəkildə aparılmasın. Çünki rayonlarda, ucqar bölgələrdə yaşayanlar qeydiyyat üçün Bakıya gəlməyə məcbur olurdular. Amma bu qaydaların tətbiqindən sonra onlayn qeydiyyatın aparılması və həmçinin onlayn müqavilələrin bağlanması ilə bağlı proseslər öz hüquqi çərçivəsini tapacaq və vətəndaşlar da bundan məmnun qalacaqlar”.
 
 
Qeyd edək ki, hazırlanan qaydalarda öz əksini tapan məsələlərdən biri də məsuliyyətlə əlaqədardır. Şöbədən qeyd olunub ki, burada qaydaların kimlər tərəfindən pozulması, kimlərin məsuliyyət daşıması və tərəflər arasında yaranan münasibətlərdə kimlərin iştirakı aydınlaşdırılıb.
 
 
Seymur Qasımbəyli



Baxış sayı: 723

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 İyun 2020

05 06 2020

05/06/20
Dünyada ən yığcam şırnaqlı printer təqdim edilib

“Selpic” şirkəti yığcam çap texnikalarının istehsalçısı kimi tanınır. Bu yaxınlarda şirkət tərəfindən təq

05/06/20
Bill Qeyts bəşəriyyətin çipləşdirilməsi ilə bağlı ittihamlara cavab verib

“Microsoft” korporasiyasının təsisçisi, milyarder və filantrop Bill Qeyts vaksinləşdirmə vasitəsilə bəşər

05/06/20
Poçt şöbələrinin fəaliyyəti məhdudlaşdırılır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayo

05/06/20
Gecəgörmə kameralı ilk smartfon işıq üzü görüb

“Oukitel” şirkəti infraqırmızı gecəgörmə kamerası ilə təchiz edilən “Oukitel WP7” adlı dünyanın ilk smart

05/06/20
“iPhone” üçün fırıldaqçı proqramlar aşkar edilib

“AppStore” internet mağazasında 3 fırıldaqçı VPN proqram aşkar edilib. “Avast” şirkətinin

05/06/20
“Windows 7” sisteminin bazar payı açıqlanıb

Genişləndirilmiş dəstəyi 14 yanvar 2020-ci ildə dayandırılan “Windows 7” ən populyar əməliyyat sistemləri

05/06/20
“Honor 8S” smartfonu nümayiş olunub

Çinin texnoloji nəhəngi “Huawei” Böyük Britaniyada “Honor 8S” smartfonunu təqdim edib. Ucuz qurğular si