12px13px15px17px
Tarix:21/01/14

“Huawei” yeni smartfon buraxıb

“Huawei” şirkəti 2014-cü ilə böyük ümidlər bağlayır. Çin şirkəti yeni ildə “Ascend P6” modelinin yeni versiyasını buraxıb. Smartfonun adına S hərfi əlavə edilib, aparatın dizaynı əvvəlki kimi saxlanılıb, bu halda aparatın qalınlığı 0,3 mm artıb.
 
“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Ascend P6S” smartfonu 1.6 QHs takt tezlikli dördnüvəli prosessorla işləyir.
 
Bundan başqa, smartfon “Dual SİM” dəstəkləyir. 330 avro məbləğində qurğunun başqa xarakteristikaları dəyişməyib: 4,7 düymlük  HD ekran, 2 QB əməli və 16 QB daxili yaddaş, 8 meqapiksellik əsas kamera və 2000 milliamper/saat tutumlu akkumulyator. Hələ ki smartfon yalnız Çində satılır.

Emil Hüseynov



Baxış sayı: 842

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024