12px13px15px17px
Tarix:04/02/14

Bu gün “Facebook”un yaradılmasından 10 il ötür

2004-cü il fevralın bu günü  Harvard Universitetinin tələbəsi Mark Zukerberq "The Facebook" adlı sosial şəbəkəni istifadəyə verib.

Sosial şəbəkədə əvvəlcə yalnız Harvard Universitetinin tələbələri qeydiyyatdan keçə bilərdilərsə, martdan etibarən "The Facebook" Stendford, Yelsk və Kolumbiya universitetlərinin tələbələri üçün də əlçatan olub.
2005-ci ildə şirkət 200 min dollara "facebook.com" domen adını satın alıb. 2006-cı il sentyabrın 26-da sosial şəbəkə bütün internet istifadəçilərinə əlçatan olub. 4 ildən sonra artıq şirkətin qiyməti 41 milyard dollar həcmində qiymətləndirilirdi.

2012-ci ilin mayında "Facebook" texnologiya sənayesi tarixində ən böyük "IPO"-nu keçirdi və 16 milyard dollardan çox cəlb edə bildi. Beləliklə, şirkətin kapitallaşdırma dəyəri 104 milyard dollar həcmində qiymətləndirilmişdi.

Hazırda dünyada "Facebook" istifadəçilərinin sayı 1.23 milyard nəfər təşkil edir. İstifadəçilərin sayına görə ABŞ əvvəlki kimi liderdir. Hindistan və Braziliya müvafiq olaraq ikinci və üçüncü yerdə qərarlaşıblar.
Qeyd edək ki, "SocialBakers"in reytinqində 213 ölkə təqdim edilib. Vatikan ən az "Facebook" istifadəçisinə malik dövlətdir.
 Azərbaycanda "Facebook" istifadəçilərinin sayı isə 1 milyon 250 mini ötüb.
 
 "SocialBakers"in məlumatına görə, Azərbaycan "Facebook" istifadəçilərinin sayına görə tərtib edilmiş reytinqdə 82-ci yerdə qərarlaşıb və sözügedən reytinqdə Gürcüstan, Albaniya, Belarus, Sloveniya, Ermənistan, Latviya ölkələrini qabaqlayıb.
Ölkəmizdə  "Facebook" istifadəçilərinin əksəriyyəti 18-24 yaş aralığındadır. Sonrakı yerdə 25-34 yaş aralığında olan istifadəçilərdir.




























Azərbaycanda "Facebook" pərəstişkarlarının 65%-i kişilər, 35%-i isə qadınlardır.



























Azərbaycan brendlərinin korporativ səhifələrinin populyarlığına gəldikdə isə 351 min pərəstişkara malik "Romantic" şirkəti liderdir. İstifadəçilərin sayına görə Azərbaycan brendlərinin TOP onluğu:






 






 

























Emil Hüseynov



Baxış sayı: 1198

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024