12px13px15px17px
Tarix:20/02/14

“Google” ilk dəfə təhsil sahəsinə investisiya yatırıb

“Google Capital” təhsil sahəsi üçün proqram təminatı hazırlayan “Renaissance Learning” şirkətinə 40 milyon məbləğində sərmayə yatırıb.

“ICTnews” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “Google Capital” fondu Britaniyanın “Permira” investisiya fonduna məxsus “Renaissance Learning” şirkətinə 40 milyon dollar sərmayə yatırıb. Yeni investisiya yatırılmasını nəzərə alaraq “Renaissance Learning”in bazar qiyməti 1 milyard dollar təşkil edib.


“Renaissance Learning” şirkətinin əsası 1984-cü ildə qoyulub və hazırda şirkətin təxminən 900 əməkdaşı var. Qərargahı ABŞ-ın Viskonsin ştatında yerləşir. Şirkət məktəblər üçün müəllimlərə tədris prosesində kömək edən proqram təminatı və “bulud” xidmətləri hazırlayır. Şirkətin portfelində oxumağa, riyaziyyatı və xarici dilləri öyrənməyə kömək edən tətbiqlər daxildir.

“Renaissance Learning” şirkətinin öz məlumatlarına əsasən, hazırda ABŞ və dünyanın 60-dan çox dövlətinin məktəb və təhsil müəssisələrinin 33 faizində onun məhsul və xidmətlərindən istifadə edirlər.

Şirkət nümayəndələrinə istinadən “The New York Times” nəşri yazıb ki, 2013-cü ildə şirkətin gəliri 20% artıb.
Xatırladaq ki, bu, “Google Capital” fondunun təhsil sahəsinə birinci investisiyasıdır.

Emil Hüseynov
 



Baxış sayı: 652

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024