12px13px15px17px
Tarix:07/03/14

"DARPA” agentliyinin İT sahəsindəki layihələri üçün büdcəsi azaldılacaq

Prezident Barak Obamanın təklifi ilə ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyinin (DARPA) 2015-ci il üçün büdcəsi 2,9 milyard dollar təşkil edəcək. Bu, agentliyə 2014-cü ildə ayrılan 2,79 milyard dollardan çox olsa da, vəsaitlərin əsasən silah və hərbi texnologiyaların hazırlanması üzrə proqramlara sərf edilməsi təklif olunur.
 
İnformasiya texnologiyaları (İT) və rabitə sahəsində tədqiqat proqramlarına "DARPA" üçün 399,6 milyon dollar əvəzinə 334 milyon dolların ayrılacağı gözlənilir. Həmçinin elektronika sahəsində tədqiqatlar üçün büdcə 233,47 milyon dollardan 179,2 milyon dollaradək azaldılıb. Bundan əlavə, "IBM", "Hewlett-Packard" şirkətlərinin, eləcə də Stenford Universiteti və "HRL Laboratories" tədqiqat laboratoriyasının çalışdığı koqnitiv sistem işləmələri üzrə proqramların maliyyələşdirilməsi tam dayandırılır, eyni zamanda mikrosxem istehsalı üçün yeni material və texnologiyaların yaradılması üzrə layihələrə də az vəsait xərclənəcək.  
 
Kompüter şəbəkələri, robot texnikası və s. istiqamətlərdə hərbi texnologiyaların hazırlanmasına 386,9 milyon dolların, habelə pilotsuz uçan aparatlarda istifadəsi nəzərdə tutulan ötürücülərin işlənməsi proqramlarına 312,8 milyon dolların (2014-cü ildəki 276,4 milyon dolların əvəzinə) ayrılması təklif edilir, - "Computerworld" www.computerworld.ru yazır.



Baxış sayı: 693

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024