12px13px15px17px
Tarix:06/05/14

AzTU-da elmi-texniki konfrans işə başlayıb

Mayın 5-də Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrin və gənc tədqiqatçıların ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Gənclər və elmi-texniki tərəqqi” mövzusunda respublika elmi-texniki konfransı öz işinə başlayıb.
 
Universitetdən verilən məlumata görə, konfransda AzTU ilə yanaşı, Azərbaycan Dövlət Neft Akademiyasının, Sumqayıt Dövlət Universitetinin tələbələri, doktorantları, habelə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları iştirak edirlər.
 
Konfransın plenar iclasında “Heydər Əliyev və müasir Azərbaycan mədəniyyəti”, “Yeni icralı külək qurğusu və onun sistemli analizi” və digər mövzularda məruzələr dinlənilib.
 
Konfrans “Avtomatika və kompüter texnikası”, “Radiotexnika və rabitə”, “Elektrotexnika və energetika”, “Metallurgiya”, “Texnoloji maşınlar”, “Nəqliyyat”, “Maşınqayırma”, “Mühəndis biznesi və menecment”, “Təbiət və fundamental elmlər” və digər bölmələr üzrə davam edərək öz işini mayın 7-də yekunlaşdıracaq.
 
CAHANGİR



Baxış sayı: 845

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024