12px13px15px17px
Tarix:07/05/14

Birinci rübdə elektron məktubların 66%-i spam kimi qeydə alınıb

"Kasperski Laboratoriyası" 2014-cü ilin birinci rübündə spamerlərin aktivliyi haqda hesabat dərc edib.
 
Cari ilin ilk üç ayının nəticəsinə görə, poçt trafikində spamın payı 66,3% təşkil edib ki, bu da 2013-cü ilin son rübü ilə müqayisədə 6,4% aşağıdır. Amma ötən ilin müvafiq dövrü ilə müqayisədə arzuolunmaz mesajların payı cəmi 0,2 % azalıb.
 
 

 
“ICTnews" elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, ötən rüb ən nəzərəçarpan tendensiyalardan biri spamerlərin öz diqqətini mobil qurğulara kökləməsi olub. "Kasperski Laboratoriyası" mobil tətbiq bildirişləri və ya mesajları kimi maskalanmış spamların həcminin artmasını qeyd edib. Spamerlər “WhatsApp” bildirişləri altında saxta mesajlardan həm zərərli proqramların yayılması, həm də reklam saytlarına istinad kimi istifadə ediblər.
 

Spam mənbələrinin coğrafi bölgüsünə gəlincə, cüzi dəyişiklik olub. Top-20-də ilk üç yeri Çin, ABŞ və Cənubi Koreya bölüşdürüb: cari ilin ilk üç ayının nəticəsinə görə, bu ölkələrin payı müvafiq olaraq 21,9%, 18,8% və 13% təşkil edib.
 
Emil Hüseynov



Baxış sayı: 557

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024